Azərbaycanda məktəbli sinif yoldaşları tərəfindən zorlandı - İDDİA

Cəlilabad rayonunda 12 yaşlı yeniyetmə oğlanın zorlandığı iddia olunur.
xeber.info oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun anası məlumat verib.
O bildirib ki, hadisə bir neçə ay öncə baş verib:
“Uşaq dərsdən evə gədikdən sonra bədənində, qollarında və aşağı ətrafında əzilmə, göyərmə olduğunu gördüm. Səbəbini soruşdum və o dedi ki, yıxılmışam. Bu hal bu ilin aprel-may ayı ərzində mütəmadi olaraq, yeddi dəfə təkrarlanıb. Mən məsələdən daha sonra xəbər tutmuşam.
Belə ki, idman dərsi zamanı yeddi sinif yoldaşı onu sürüyə-sürüyə məktəbin 2-ci mərtəbəsinə qaldırıb, soyundurub, cinsi təcavüz ediblər. Uşağım onlara müqavimət göstərsə də, yeddi nəfərə mane ola bilməyib. Hadisədən xəbərdar olan sinif rəhbəri Zahidə Şahbazova məsələ barədə tədbir görmək əvəzinə, oğluma su, saqqız verərək, hadisəni evdə valideynlərinə danışmamağı tapşırıb”.
Valideyn qeyd edib ki, məsələ barədə Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edib:
“Məsələ barədə təyin edilən Məhkəmə-Tibbi Ekspertizanın cavabından narazıyam. Hətta məktəb direktoru Nizami İsmayılov və direktor müavini Rəfiqə Babayeva da, məsələdən xəbərdar olublar.
R.Babayeva yaşadığm evə gələrək, mənə hədə-qorxu gəlib, şikayəti geri götürməyimi bildirib. İnamlı şəkildə bu işdə uduzacağımı bildirdi. Mən bu barədə Təhsil Nazirliyinin “Qaynar xətt”inə də məlumat vermişəm. Mən sadəcə məsələdə günahı olanların cəzasını almasını istəyirəm”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, həmin müraciət əsasında Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılıb:
“Araşdırmanın və təyin edilmiş ekspertizanın nəticəsində iddialar təsdiqini tapmayıb. Belə ki, həmin məktəbin 5-ci sinif şagirdləri arasında baş verən mübahisə zamanı bir neçə sinif yoldaşı həmin məktəblini vuraraq dərəcəsi təyin edilməyən xəsarətlər yetiriblər. Həmin yeniyetmələrin əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsinin tərkibinin olduğu müəyyən edilib.
Lakin həmin yeniyetmələrin 16 yaşı tamam olmadığı üçün barələrində İXM-nin 157-ci maddəsilə tədbir görülməsi mümkün olmadığından onlarla bağlı profilaktiki yığım işinin açılması şöbənin ictimai təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupuna həvalə olunub”.
Bugün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Bugün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Bugün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Bugün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Bugün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Bugün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Bugün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Bugün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
Dün, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
Dün, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
Dün, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
Dün, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
Dün, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
Dün, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
Dün, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
Dün, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
Dün, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
Dün, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
Dün, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
Dün, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı