Bu məktəbin direktoru müəllimlərdən pul tələb edib - Səs yazısı
Gündəm / Cəmiyyət
Oxunub: 0
19 Eyl 2022 | 11:43
Bu məktəbin direktoru müəllimlərdən pul tələb edib - Səs yazısı

Sumqayıtda məktəb direktorunun müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb.

xeber.info “Trend”ə istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər 32 saylı orta məktəbdə baş verib. Orta məktəbin direktoru İbrahimova Esmira Famil qızı sentyabrın 14-də müəllimlər üçün yaratdığı vatsap qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib. İddia olunur ki, direktor bu pulu orta məktəbin təmiri bəhanəsi ilə tələb edib. Direktor səs yazısında həmçinin müəllimləri əmək haqlarından da pul tutulacağı ilə də hədələyib.

Səs yazısında bildirilir ki, guya müəllimlərin hər birindən tələb olunan 50 manat məktəbin təmirinə xərclənəcək: “Hörmətli müəllimlər, sabah hamı bir nəfər kimi işdə olur və təcili məktəbin uçuq-sökük yerlərini 4-5 gün ərzində təmir etməliyik. Ona görə sabah hamı bir nəfər kimi 50 manat gətirir. Şüşələr sınıqdı, salınacaq, dəhlizlərə bu 4 gündə bir az əl gəzdiriləcək. Usta haqqı ilə birlikdə ancaq çatdıracağıq. Artıq pul qalsa, bir balaca da mərkəzi yerlərdə jalüzlərin təmirinə diqqət yetiriləcək. Əgər çatsa. Ona görə hamı bir nəfər kimi sabah 50 manat pul gətirir.

15 gündə kim hansı gün məktəbə gəlməyibsə, həmin günü yazılmayacaq, o da başqa cür hesablanacaq. 3 gün kim işə gəlmədiniz, hamının gününü yazdıq, aldınız, xərclədiniz, halal olsun. İndi də məktəbi düzəltməliyik. Yəni o gəlmədiyiniz günlərə görə də maaşınızdan əlavə məbləğ çıxılacaq",- səs yazısında bildirilir.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən sorğuya cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma başlanılıb. Araşdırmanın yekun nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
VİDEO BURADA My Webpage
Bugün, 18:47
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Bugün, 18:17
Suriya G7 sammitinə dəvət olundu: "Böyük Yeddilik" tarixində bir ilk
Bugün, 18:01
Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
Bugün, 17:32
Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü
Bugün, 16:55
Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Bugün, 16:09
Zelenski: Ukrayna Rusiya FTX-nın qərargahına zərbə endirib
Bugün, 15:10
Fələstinli mütəxəssis: Yaşıl məkanlar şəhərləri daha yaşana bilən edir
Bugün, 13:31
BMT: Dünya Bankı ölkələrində yüksək urbanizasiya və aşağı iqlim dayanıqlılığı var
Bugün, 11:11
Rok Xaokas: Fransa Yeni Kaledoniyaya münasibətdə siyasətinin müstəmləkə mahiyyətini gizlətmir
Bugün, 09:54
WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur
Bugün, 09:24
Xəzər dənizində zəlzələ olub
Dün, 18:16
Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm
Dün, 17:33
Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib
Dün, 16:56
WUF13-ə onlayn qeydiyyat uzadıldı
Dün, 16:11
Şəhərlər bizi nəzərə almadan qurulur – BMT rəsmisindən mesaj
Dün, 15:25
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
Dün, 14:53
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Dün, 14:08
"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər
Dün, 12:52
Avtobusdan istifadə edən sərnişinlərin sayı artıb
Dün, 11:53
CAR naziri Bakıda danışdı: Sakinlər təhlükəsiz ərazilərə köçürülür
Dün, 11:08
Məcburi köçkünlərlə bağlı mühüm qərar - parlament komitələri toplaşır
Dün, 10:36
"Energetika Memarlığı" filmi təqdim olunub
Dün, 10:01
Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb
Dün, 09:32
Esvatini Kralı Bakı Ali Neft Məktəbində olub
Dün, 09:06
Azərbaycan nefti ucuzlaşıb
19-05-2026, 18:30
Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda "Rus Evi" də var
19-05-2026, 17:51
102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb