Azərbaycan sərhədində atışma - ÖLƏN VAR

Martın 12-də saat 00:07 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası istiqamətində hərəkət edən 6 nəfər silahlı naməlum şəxslər müşahidə olunub.
Dövlət Sərhəd Xidmətindən Anews.az-a verilən məlumata görə, sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayaraq sərhəd naryadına qarşı odlu silahdan atəş açıb.
"Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub və sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində vəfat edib. Digər sərhəd pozucuları əllərindəki yükləri ataraq ərazinin mürəkkəb relyefindən və havanın qaranlıq olmasından istifadə edərək geri qaçıblar.
Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sərhədçilərinə hadisə barədə dərhal məlumat verilib. İİR sərhədçiləri tərəfindən təxirəsalınmaz axtarış tədbirləri həyata keçiriib.
Zərərsizləşdirilmiş sərhəd pozucusunun yaxınlığında əraziyə baxış zamanı 4 ədəd bağlamada külli miqdarda heroin və tiryək növündə narkotik vasitələr, külli miqdarda güclü təsirli psixotrop maddələr, 1 ədəd ov tüfəngi, 6 ədəd 12 mm çaplı ov tüfənginin patronları və gilizlər aşkar olunub.
Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar verib. DSX rəisi İİR-in Muğan sahəsi üzrə sərhəd komissarı ilə ərazidə görüşmüş, sərhəd pozucularının axtarışı üzrə birgə tədbirlər müzakirə olunub.
Vətən sərhədlərinin keşiyində ayıq-sayıq duraraq dövlət sərhədinin pozulmasının qarşısını almış hərbi qulluqçular təltifləndirilib.
Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
Bugün, 12:37
Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib
Bugün, 11:49
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək
Bugün, 10:47
Xarkovda raket zərbəsi nəticəsində ölən azərbaycanlı tələbə Kürdəmirdə dəfn edilib
Dün, 22:35
Lamiyə Əliqızı: Polis Günü – Qanunun keşiyində dayananların peşə bayramı
Dün, 18:57
Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
Dün, 18:28
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
Dün, 17:33
Suriya və Livan arasında razılaşma imzalanıb
Dün, 16:53
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
Dün, 16:11
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək
Dün, 15:24
Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib
Dün, 14:54
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Dün, 13:11
AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
Dün, 12:33
KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var
Dün, 11:41
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib
Dün, 11:00
Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
Dün, 10:29
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib
Dün, 09:46
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
Dün, 09:25
Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb
Dün, 08:59
İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında
1-07-2026, 17:05
Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
1-07-2026, 16:34
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib
1-07-2026, 15:50
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad - ŞƏRH
1-07-2026, 15:18
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
1-07-2026, 14:48
"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib
1-07-2026, 14:18
AZAL Brüsselə birbaşa uçuşlara başlayır - YENİLƏNİB
1-07-2026, 12:20
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub
1-07-2026, 11:54
Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb