Neft yataqlarının köhnəlməsi, tükənməsi nə ilə nəticələnə bilər? – RƏY

Azərbaycanda neft hasilatının 2010-cu ilin üçüncü rübündən başlayaraq azalması məlumdur. Neft hasilatında zirvə məhz həmin ildə qeydə alınmışdı. 12 ildir ki, hasilat azalan xətlə gedir.
Energetika Nazirliyinin məlumatına əsasən, 2022-ci ilin yanvar-iyun ayları Azərbaycanda 16,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 0,7 milyon ton və ya 4 faiz azdır. 2021-ci ilin ilk 6 ayında da neft hasilatı 2020-ci ilin ilk yarısı ilə müqayisədə təqribən 2 faiz azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə “Azəri-Çıraq-Günəşli”dən çıxarılan neft 1 milyon ton və ya 8,8 faiz azalıb. “Şahdəniz”dən çıxarılan kondensat nefti 0,3 milyon ton və ya təqribən 16 faiz artıb. Bəs hasilatın azalmasının qarşısını ala bilərikmi? Neft yataqlarının köhnəlməsi, tükənməsi nə ilə nəticələnə bilər?
Məsələ ilə bağlı “Kaspi” qəzeti mütəxəssis fikri öyrənib.

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyir ki, neft sənayesində hasilatın azalması təbiidir: “Yataqlar kəşf edilir, sənaye istismarına verilir, müəyyən mərhələdə hasilatın pik həddinə çatır və ondan sonra hasilat həcmlərində azalmalar baş verir. Bu, əsasən, yatağın geoloji quruluşu, hasilat tempi və termodinamikanın qanunları ilə bağlıdır. Azərbaycanda hasilatın pik həddi 2010-cu ilin üçüncü rübündə “Azəri-Çıraq-Günəşli” dəniz yataqları bloklarında 810 min barel səviyyəsində qeydə alınmışdı. Ondan sonra istehsal göstəriciləri enməyə doğru yönəlib. O dövrdə Azərbaycan Dövlət Neft Şirkəti və xarici tərəfdaşlarla birlikdə işlənən yataqlardan hasil edilən neft həcmləri illik 50 milyon ton olub. Ondan sonra Azərbaycanda hasilat həcmlərinin azalması baş verib. Bu da təbii azalmadır. Çünki hər bir yatağın özünün hasilatının pik həddi var. O, pik həddinə yetdikdən sonra hasilat həcmlərinin azalması baş verir”.
Mütəxəssis deyir ki, hasilat həcmlərinin müəyyən bir müddət sabit saxlanması əlavə vəsait tələb edir. Onun sözlərinə görə, məhz bu istiqamətdə Dövlət Neft Şirkətinin proqramı da var: “Qarşıdakı illərdə də hasilat həcmlərində azalmalar baş verəcək. Hələ ki, həcmlərin sabit saxlanması üçün mövcud yataqlar var. Məsələn, Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandum imzalanıb. Türkmənlər bu yatağı "Sərdar", biz isə "Kəpəz" adlandırırıq. O yatağın sənaye istismarına verilməsi hələ baş tutmayıb. Bu yataq sənaye istismarına veriləcəyi təqdirdə, təbii ki, Azərbaycanda hasilat həcmlərinin artması baş verə bilərdi. Təəssüf ki, hələ bu sahədə ciddi addım atılmayıb. Düzdür, razılaşma, qarşılıqlı anlaşma memorandumu var, amma yatağın işlənməsi ilə bağlı konkret tədbirlər görülmür. Bundan əlavə, Qarabağ strukturu, eyni zamanda Abşeron yarımadasında dayaz sulu dəniz blokları işlənir. Orada 3 yataqdan söhbət gedir: Şimal Şərq Perspektiv sahəsində Şimal Xali (NKX01) kəşfiyyat quyusu, Cənub Şərq Perspektiv sahəsində Qarabatdaq (QBDX01) kəşfiyyat quyusu və Qərb Perspektiv sahəsində Bibiheybət (BHEX01) kəşfiyyat quyusu. Hazırda bu yataqlarda kəşfiyyat quyularının qazılması həyata keçirilir. Təbii ki, burada işlər müsbət sonluqla nəticələnərsə, Azərbaycanda neft hasilatını müəyyən müddət sabit saxlamaq mümkün olacaq”.
Həmsöhbətimiz vurğuladı ki, neft hasilatı azalsa da, qarşıdakı illərdə qaz və kondensat hasilatında artımlar olacaq: “Qarşıdakı illərdə qaz və kondensat hasilatında artımlar baş verəcək. Lakin neft hasilatı ilə bağlı bu proqnozu verə bilmirik. Azalmalar olacaq və bu da təbiidir . Hasilatın artmasından hələ söhbət getmir. Amma hasilat həcmlərini müəyyən müddət sabit saxlamaq olar. Məsələn, Dövlət Neft Şirkətinin qurudakı yataqları var. Həmin o yataqların neftvermə əmsalını artırmaq mümkündür. Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə də qeyd edib ki, Azərbaycanda neft hasilatını müəyyən müddətdə sabit saxlamaq quru yataqlarının istismarı ilə bağlı yaradılmış birgə müəssisələrin fəaliyyətindən asılıdır. Burada yeni texnologiyalardan, nanotexnologiyaların tətbiqindən istifadə oluna bilər. Əgər bu məsələlər müsbət sonluqla davam edərsə, müəyyən müddətdə Azərbaycanda neft hasilatını sabit saxlamaq olar. Amma bütün hallarda hasilat həcmlərində azalmaların baş verməsi təbiidir. Çünki yataqlar qocalır, öz pik hasilat həddini keçir və, təbii ki, azalma olur”.
Mütəxəssis vurğulayır ki, hasilat nəinki arta, hətta tam dayana bilər: “Elə dövlətlər var ki, müəyyən müddətdə yüksək hasilat həcmləri müşahidə olunub. İllər keçdikcə isə mərhələli şəkildə hasilat həcmləri azalıb və yataqlar fəaliyyətini tamamilə dayandırıb. Bizim “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun 2050-ci ilədək işlənməsinin prinsipləri razılaşdırılıb. 2050-ci ilə kimi də Azərbaycanda neft sənayesində hasilat prosesi davam edəcək. Müəyyən mərhələdən sonra quyuların neftvermə əmsalı aşağı düşəcəksə, onların fəaliyyəti dayandırılacaq”.
Dün, 18:17
Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək
Dün, 17:53
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Dün, 17:26
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Dün, 16:57
FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib
Dün, 16:19
İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib
Dün, 15:43
İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Dün, 15:07
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda göndəriləcək
Dün, 12:01
Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq
Dün, 11:25
Bağçaya növbəyə yazılma prosesinə başlanılır
Dün, 11:00
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb
Dün, 10:31
Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib
Dün, 10:05
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq
Dün, 09:28
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
8-09-2026, 18:14
Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar
8-09-2026, 17:25
Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib
8-09-2026, 16:52
“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb
8-09-2026, 16:17
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub
8-09-2026, 15:33
Bakı İqlim Həftəsində gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə olunub
8-09-2026, 14:55
Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib
8-09-2026, 14:35
Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI
8-09-2026, 13:11
Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq
8-09-2026, 12:45
Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb
8-09-2026, 12:18
İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib
8-09-2026, 12:00
Sumqayıtda evdə 21 yaşlı qızın meyiti tapılıb
8-09-2026, 11:17
Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb
8-09-2026, 10:26
Küləkli havada 4 nəfər xəsarət alıb
8-09-2026, 10:04
Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir