Elan saytlarından ev və maşın alanların nəzərinə! - 450 nəfər aldadıldı
Gündəm / Cəmiyyət
Oxunub: 0
15 Tem 2022 | 17:37
Elan saytlarından ev və maşın alanların nəzərinə! - 450 nəfər aldadıldı


DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən vətəndaşların kart məlumatlarını və kartlardakı pulları ələ keçirməklə onlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, əvvəllər məhkum olunmuş Aqşin Bədəlov elan saytlarında dəyərindən qat-qat aşağı qiymətə əslində mövcud olmayan saxta avtomobil və mənzil satışı ilə bağlı məlumatlar yerləşdirib. Həmin elanlardakı şirnikləndirici təklifləri görən vətəndaşlar isə A.Bədəlovla əlaqə saxlayaraq həmin daşınar və ya daşınmaz əmlakı almaq istədiklərini bildiriblər. Bu zaman o, izi itirmək məqsədi ilə müxtəlif şəxslərin adına əldə etdiyi bank kartlarını müştərilərə göndərək ora təcili pul köçürülməsini tələb edib. Əks halda isə elandakı evi və ya avtomobili başqa şəxsə satacağını bildirib. Pulu əldə edəndən sonra isə o, kartlardakı vəsaitləri öz hesabına yönləndirərək nağdlaşdırıb zərərçəkənlərin onu tapmaması üçünsə nömrələrini bloklayıb. Bank kartlarındakı pulları ələ keçirmək məqsədi ilə onlayn dələduzluq sxemi quran Aqşin Bədəlov bu müddət ərzində ona müraciət edən 450 nəfərə maddi ziyan vurub. Saxlanılan şəxsdən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələri və iş üzrə əhəmiyyət kəsb edən digər elektron sübutlar aşkar olunaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb. Aqşin Bədəlovun ətrafında əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa BMCMİ-ə müraciət edə bilərlər.

Elan saytlarından ev və maşın alanların nəzərinə! - 450 nəfər aldadıldı
Dün, 18:43
Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ
Dün, 18:17
Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb
Dün, 17:35
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək
Dün, 16:58
“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu
Dün, 16:23
TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb
Dün, 15:39
Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir
Dün, 14:54
Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
Dün, 14:10
18 kəndə qazın verilişi DAYANDIRILACAQ
Dün, 13:10
Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
Dün, 12:06
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Dün, 11:45
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
Dün, 11:04
İslam Rzayev haqda - Yeni qərar
Dün, 10:34
Naxçıvana uçuşlar bərpa edildi
Dün, 09:51
Vəzifəli şəxs vəfat etdi - Foto
Dün, 09:15
Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub
21-05-2026, 18:47
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
21-05-2026, 18:17
Suriya G7 sammitinə dəvət olundu: "Böyük Yeddilik" tarixində bir ilk
21-05-2026, 18:01
Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
21-05-2026, 17:32
Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü
21-05-2026, 16:55
Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
21-05-2026, 16:09
Zelenski: Ukrayna Rusiya FTX-nın qərargahına zərbə endirib
21-05-2026, 15:10
Fələstinli mütəxəssis: Yaşıl məkanlar şəhərləri daha yaşana bilən edir
21-05-2026, 13:31
BMT: Dünya Bankı ölkələrində yüksək urbanizasiya və aşağı iqlim dayanıqlılığı var
21-05-2026, 11:11
Rok Xaokas: Fransa Yeni Kaledoniyaya münasibətdə siyasətinin müstəmləkə mahiyyətini gizlətmir
21-05-2026, 09:54
WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur
21-05-2026, 09:24
Xəzər dənizində zəlzələ olub
20-05-2026, 18:16
Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm