Azərbaycan xalqı yad dünyagörüşünü basdırır, İran yasa bataraq nalə qoparır – TƏHLİL
Gündəm / Siyasət
Oxunub: 0
2 Tem 2022 | 12:33
Azərbaycan xalqı yad dünyagörüşünü basdırır, İran yasa bataraq nalə qoparır – TƏHLİL


İranda yenə Azərbaycana qarşı siyasi-ideoloji təbliğatın mühərriki işə salınıb. Həmin mühərrikdən gələn səs-küy və oradan çıxan zəhərli qazlar aqressiya və qısqanclığın təzahürüdür.

Bir neçə gün öncə İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti Tehranın ənənəvi mövqeyini dilə gətirib.

Onun sözlərinə əsasən, müsəlman ölkələrinin, eləcə də Azərbaycanın İsraillə əməkdaşlığı İran üçün qəbuledilməzdir.

Zərrə qədər də təəccüblənmədik, anlamaq lazımdır ki, İran şablona dönmüş ritorikasını yumşaltmaqdan uzaqdır və bu onun təsir dairəsi zəiflədikcə, siyasi orqanlarına nüfuz edən sancılardan irəli gələn hayqırtılardır.

Azərbaycan rəsmi olaraq müsəlman dövləti deyil, dünyəvidir, ancaq bir çox müsəlman ölkəsinə nümunə sayıla biləcək modelə sahibdir.

İranın “müsəlman dövləti” deyərkən nəyi nəzərdə tutduğu da bəllidir, bu yalnız siyasi, qarşıdurma yaradacaq məzhəbçiliyin metastaz verərək böyüməsinə yönələn cəhdlərin təbliğat hissəsidir.

Vilayətinin bəyanatının ardınca bəzi İran mənbələri Azərbaycanda guya şiə məzhəbində olanların hüquqlarının pozulduğuna dair heç bir əsası olmayan fikirlər tirajlayırlar.

Nəzərə alaq ki, İran bir aydan çoxdur ki, Azərbaycanda olan əlaltıları vasitəsilə xeyli təbliğat işi apardı və bu, güclü milli müqavimətlə üzləşdikdən sonra Tehranın həyata keçirmək istədiyi ssenarilər basdırıldı.

İndi İranın verdiyi bəyanatlar, Tehrandan çıxan ah-nalə, vay-şivən həmin basdırılan ssenarilərə tutulan yasın sədaları kimi qiymətləndirilə bilər.

Şiəliklə bağlı mövzunun manipulyasiya əsasında inkişaf etdirilərək böyük siyasi dividendlər qazanmaq mümkün olmayacaq, bunun əsas səbəbi Azərbaycan xalqının milli baxış tərzi və dövlətin qanunlarının həmin milli adət-ənənə ilə vəhdətidir.

Azərbaycanda şiəlik və sünnilik, həmçinin qeyri-müsəlman təriqətləri bərabər şəkildə milli düşüncə tərzi üstün tutularaq inkişaf edib və ortaya nümunəvi mənzərə qoyub.

Bu mənzərənin rəngini tündləşdirməyə girişmək yalnız əbəs nəticələr hasil edəcək.

Çünki Azərbaycanda dini dünyagörüşü milli ruhun bazasında inkişaf edir, yəni təməlin özünü dini baxış yox, məhz xalqın milli dünyagörüşü təşkil edir.

Bu təməl üzərində isə hər ikisi bir-birindən ayrılmayaraq, bərabərhüquqlu səviyyədə ucalır və vahid ictimai mövqe formalaşdırır.

Bəli, Azərbaycan xalqı imam Hüseynə də, imam Əliyə də, Məhərrəm ayına da, Ramazan ayına da, Qurban bayramına da dərin hörmət və ehtiramla yanaşır və bunu dərk etmək lazımdır ki, həmin etikanı bizə İran öyrətməyib. Bu, tarixin formasiyalarından süzülüb gələn və sınaqlardan üzüağ çıxmış ictimai mövqenin davamıdır.

Bu gün Azərbaycan xalqı seyidlərə, pirlərə də ehtiram göstərir, bir-birinə əl tutur, məzhəblərə, hətta dinlərə dair fərqli baxışları bir-birinin əleyhinə çevirmir. Görünür ki, bu cür sekulyar model kimlərdəsə dərin stress və əsəb yaradır. Olsun, biz sadəcə deyə bilərik ki, əsəblərini ancaq su içməklə soyuda bilərlər.

Azərbaycan xalqının islam dininə olan münasibəti də milli əsaslara söykənir, belə münasibət isə vicdan azadlığı ilə məzhəb ədavəti yaradan məqamların sərhədini asanlıqla müəyyən edir, ikincini çıxdaş edərək lazım olan yerə yollayır.

Hansı dini bayramda xalqımız necə davranacağını, necə yeyəcəyini, necə içəcəyini də özü həmin milli-dini mövqe ilə uzlaşdıraraq müəyyən edir.

İran Azərbaycan dövlətinin xalqın milli ruhunu sarsıtmağa hesablanan addımlar qarşısında gördüyü effektiv tədbirləri və xalqın özünün yad cisimlər əleyhinə müqavimətini düzgün dəyərləndirməlidir.

Ona görə də, Azərbaycan yox, məhz İran öz siyasətindən əl çəkib dostluq, qonşuluq münasibətlərinə önəm verməlidir.

Oxu.az
Dün, 18:43
Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ
Dün, 18:17
Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb
Dün, 17:35
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək
Dün, 16:58
“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu
Dün, 16:23
TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb
Dün, 15:39
Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir
Dün, 14:54
Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
Dün, 14:10
18 kəndə qazın verilişi DAYANDIRILACAQ
Dün, 13:10
Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
Dün, 12:06
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Dün, 11:45
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
Dün, 11:04
İslam Rzayev haqda - Yeni qərar
Dün, 10:34
Naxçıvana uçuşlar bərpa edildi
Dün, 09:51
Vəzifəli şəxs vəfat etdi - Foto
Dün, 09:15
Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub
21-05-2026, 18:47
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
21-05-2026, 18:17
Suriya G7 sammitinə dəvət olundu: "Böyük Yeddilik" tarixində bir ilk
21-05-2026, 18:01
Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
21-05-2026, 17:32
Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü
21-05-2026, 16:55
Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
21-05-2026, 16:09
Zelenski: Ukrayna Rusiya FTX-nın qərargahına zərbə endirib
21-05-2026, 15:10
Fələstinli mütəxəssis: Yaşıl məkanlar şəhərləri daha yaşana bilən edir
21-05-2026, 13:31
BMT: Dünya Bankı ölkələrində yüksək urbanizasiya və aşağı iqlim dayanıqlılığı var
21-05-2026, 11:11
Rok Xaokas: Fransa Yeni Kaledoniyaya münasibətdə siyasətinin müstəmləkə mahiyyətini gizlətmir
21-05-2026, 09:54
WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur
21-05-2026, 09:24
Xəzər dənizində zəlzələ olub
20-05-2026, 18:16
Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm