Cabir Qurbanov: Müzəffər və Qalib Ordu

Xəzər rayonu Yol İstismar İdarəsinin rəisi
İyunun 26-da 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi düşməni ağır məğlubiyyətə uğradaraq ərazi bütövlüyümüzü bərpa edən güclü Azərbaycanın Silahlı Qüvvələrinin yaranmasının 104-cü ildönümüdür. Bu qürurverici bayram münasibətilə Ali Baş Komandan İlham Əliyev başda olmaqla düşməni diz çökdürərək kapitulyasiya aktı imzalamağa məcbur edən Azərbaycanın Silahlı Qüvvələrini təbrik edirəm. 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri düşməni məhv edərək 30 il davam edən ədalətsizliyə son qoymaqla yanaşı, xalqımızın gücünü bütün dünyaya nümayiş etdirdi. Məhz buna görə də 26 İyun - Silahlı Qüvvələr Günü bütün Azərbaycan xalqının bayramıdır. Bu illər ərzində Azərbaycanda ümummilli lider Heydər Əliyevin başlatdığı ordu quruculuğunu cənab Prezident İlham Əliyev uğurla davam etdirib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə bunun bariz nümunəsidir. Əlbəttə, ordu quruculuğunun uğurla həyata keçirilməsini şərtləndirən əsas amillərdən biri güclü iqtisadiyyat, ictimai-siyasi sabitlik və doğru seçilmiş strategiyadır. Çünki istənilən ölkənin hərbi potensialı iqtisadi imkanlarından asılıdır.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə onu göstərdi ki, Ali Baş Komandan tərəfindən bu sahədə atılan addımlar və onun seçdiyi strategiya torpaqlarımızın işğaldan azad olunmasına, ərazi bütövlüyümüzün təmin edilməsinə yönəlib. Bu gün dünyanın ən güclü ordularından birinə çevrilən Azərbaycan Silahlı Qüvvələri zəruri silah-sursat və müasir texnika ilə təchiz edilməklə yanaşı, həm də yüksək döyüş taktikasına malikdir. Əlbəttə, silahlı qüvvələrimizin şəxsi heyətinin döyüş ruhunun yüksək olması, peşəkarlığı Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində qələbə qazanmasında həlledici rol oynadı. Cənab Prezidentimizin də çıxışlarında vurğuladığı kimi, düşməni diz çökdürərək ərazi bütövlüyümüzün bərpa olunduğu bu müharibədə qəhrəmanlıqlara imza atmış hərbçilərimizin böyük bir qismi məhz gənclərdir. İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gün ərzində Azərbaycan əsgərlərimizin göstərdiyi qəhrəmanlıq və şücaət gənclərimizin vətənpərvər, öz dövlətinə, xalqına bağlı olduğunu bir daha təsdiqləyir. Əlbəttə, bu da dövlətin apardığı məqsədyönlü siyasətin, düzgün strateji yanaşmanın nəticəsidir.
30 il həsrətində olduğumuz rayon və şəhərlərin azad olunması istiqamətində, xüsusi ilə Şuşa döyüşündə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran oğullarımıza can sağlığı, şəhidlərimizə Allahdan rəhmət, ərazi bütövlüyümüzün uğrunda sağlamlığını itirən qazilərimizə şəfa diləyirəm. Bu gün cənab Prezident İlham Əliyev kimi güclü, adını Azərbaycan və dünya tarixinə qızıl hərflərlə yazdıran Sərkərdəyə, Ali Baş Komandana sahib olduğumuz üçün qürur duyuram. Bayramınız mübarək, düşməni darmadağın edərək möhtəşəm qələbəni xalqına yaşadan və bizi illərlə həsrətində olduğumuz Qarabağımıza qovuşduran Azərbaycanın qəhrəman oğulları!
Dün, 18:43
Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ
Dün, 18:17
Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb
Dün, 17:35
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək
Dün, 16:58
“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu
Dün, 16:23
TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb
Dün, 15:39
Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir
Dün, 14:54
Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
Dün, 14:10
18 kəndə qazın verilişi DAYANDIRILACAQ
Dün, 13:10
Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
Dün, 12:06
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Dün, 11:45
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
Dün, 11:04
İslam Rzayev haqda - Yeni qərar
Dün, 10:34
Naxçıvana uçuşlar bərpa edildi
Dün, 09:51
Vəzifəli şəxs vəfat etdi - Foto
Dün, 09:15
Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub
21-05-2026, 18:47
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
21-05-2026, 18:17
Suriya G7 sammitinə dəvət olundu: "Böyük Yeddilik" tarixində bir ilk
21-05-2026, 18:01
Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
21-05-2026, 17:32
Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü
21-05-2026, 16:55
Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
21-05-2026, 16:09
Zelenski: Ukrayna Rusiya FTX-nın qərargahına zərbə endirib
21-05-2026, 15:10
Fələstinli mütəxəssis: Yaşıl məkanlar şəhərləri daha yaşana bilən edir
21-05-2026, 13:31
BMT: Dünya Bankı ölkələrində yüksək urbanizasiya və aşağı iqlim dayanıqlılığı var
21-05-2026, 11:11
Rok Xaokas: Fransa Yeni Kaledoniyaya münasibətdə siyasətinin müstəmləkə mahiyyətini gizlətmir
21-05-2026, 09:54
WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur
21-05-2026, 09:24
Xəzər dənizində zəlzələ olub
20-05-2026, 18:16
Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm