"General məni canımdan bezdirib" - Polkovnik (FOTO)
Gündəm / Cəmiyyət
Oxunub: 0
6 Haz 2022 | 15:36
"General məni canımdan bezdirib" - Polkovnik (FOTO)


Ehtiyatda olan polkovnik, Vətən Müharibəsi iştirakçısı Rəşad Həsənov Müdafiə Nazirliyinin Mənzil Komissiyasının sədri general-mayor Rasim Babayevdən şikayətçidir.

Bu barədə "Unikal"a danışan Rəşad Həsənov bildirib ki, evi yararsız vəziyyətdə olduğu üçün illərdir müraciət etməsinə baxmayaraq, hələ də şikayətinə baxılmır.

Vətən Müharibəsində baş və kürək nahiyələrindən xəsarət aldığını bildirən polkovnik hazırda Astara şəhərində yerləşən 2 saylı hərbi şəhərcikdə yaşayır: "Evimin bərbad vəziyyəti ilə bağlı müxtəlif vaxtlarda bütün dövlət orqanlarına mütaciət etmişəm. Lakin heç bir tədbir görülmədi. Çox acınacaqlı vəziyyətdə yaşayıram".

O, mənzil problemi ilə bağlı şikayət etdiyi üçün hərbçilərə mənzil paylanan zaman onun qəsdən siyahıdan çıxarıldığını iddia edir:
"2014-cü ildə 20 il xidmət müddətini bitdiyim üçün və polkovnik rütbəsində olduğuma görə 4 otaqlı mənzillə təmin olunmalı idim. Adımın mənzil siyahısında 864-cü olduğunu bildirdilər. 2021-ci il tarixində Yasamal yaşayış kompleksində mənzillər paylananda şikayət etdiyimə görə, mənə mənzil verilmədi. Lakin bununla bağlı fərmanın 3-cü bəndinə əsasən, çətin mənzil şəraitimə, döyüş bölgəsində uzun müddət xidmət etdiyimə və döyüşlərdə xəsarət aldığıma görə mənzillə təminatında məni nəzərə almalı idilər".

R.Həsənov bildirib ki, Müdafiə Nazirliyinin Mənzil Komissiyasının sədri general-mayor Rasim Babayev 4 iyun 2022-ci ildə 400 nəfərdən çox hərbi qulluqçunun mənzillə bağlı püşkatmasını təşkil etsə də onu yenə yaddan çıxarıblar:

"Şikayətlərimə baxılmır deyə Müdafiə Nazirliyinin komissiyasının sədri general-mayor Rasim Babayev və Maliyyə Nazirliyinin Mənzil Komissiyasının katibi Etibar Kərimov məni sərt şəkildə öz qanunları ilə cəzalandırırlar. Adlarını qeyd etdiyim insanlar qanunları öz istəklərinə uyğun olaraq icra etməklə, Vətən müharibəsində iştirak edən və xəsarət alan Azərbaycan Ordusunun polkovnikini çətin şəraitdə yaşamağa məhkum edərək canından bezdirirlər".
"General məni canımdan bezdirib" - Polkovnik (FOTO)
"General məni canımdan bezdirib" - Polkovnik (FOTO)
Bugün, 16:19
Asim Munir Tehranda Pezeşkianla görüşdü
Bugün, 15:02
Emin Əmrullayev Britaniyanın Vorvik Universitetində olub
Bugün, 13:55
Bazar günü 28 dərəcə isti olacaq
Bugün, 11:44
Ukraynanın Novorossiyskə dron hücumundan sonra neft terminalı yanıb, yaralılar var
Bugün, 10:38
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bugün, 09:49
Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb
Dün, 18:43
Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ
Dün, 18:17
Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb
Dün, 17:35
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək
Dün, 16:58
“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu
Dün, 16:23
TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb
Dün, 15:39
Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir
Dün, 14:54
Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
Dün, 14:10
18 kəndə qazın verilişi DAYANDIRILACAQ
Dün, 13:10
Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
Dün, 12:06
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Dün, 11:45
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
Dün, 11:04
İslam Rzayev haqda - Yeni qərar
Dün, 10:34
Naxçıvana uçuşlar bərpa edildi
Dün, 09:51
Vəzifəli şəxs vəfat etdi - Foto
Dün, 09:15
Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub
21-05-2026, 18:47
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
21-05-2026, 18:17
Suriya G7 sammitinə dəvət olundu: "Böyük Yeddilik" tarixində bir ilk
21-05-2026, 18:01
Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
21-05-2026, 17:32
Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü
21-05-2026, 16:55
Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
21-05-2026, 16:09
Zelenski: Ukrayna Rusiya FTX-nın qərargahına zərbə endirib