Sahil Babayev: "Bu gün dövlət əlin çəksə, qiymətlər 15 dəfə artar"

“Kim və necə qiymətləndirir ki, Azərbaycanda məhkəmələr hansı dərəcədə müstəqildir. Biz inanırıq ki, Azərbaycanda məhkəmə müstəqilliyi var”.
Bunu Bakıda keçirilən “İqtisadiyyatın Şaxələndirilməsi – Özəl Sektorun Rolu üzrə Yüksək Səviyyəli Forum”da əmək və əhalinin sosial müdafiəsi naziri Sahil babayev iqtisadçı-ekspert Samir Əliyevin Azərbaycanda məhkəmələrin müstəqil olmaması ilə bağlı iddialarına cavab verərkən deyib.
Onun sözlərinə görə, məhkəmə sahəsində olan çatışmazlıqlar mütəmadi olaraq aradan qaldırılır: “Azərbaycan hökuməti Dünya Bankı ilə elektron məhkəmə sahəsində uğurlu layihə həyata keçirir. Layihənin uğurlu olmasını Dünya Bankı da dəfələrlə təsdiqləyib. Amma düşünək ki, Anqlo-Sakson hüquq sistemində yaranmış 1 000 illik təcrübə 10 il ərzində Azərbaycanda olacaq, əlbəttə ki, bu real deyil. Bu mərhələlərlə olacaq bir işdir və çox uzun bir prosesdur. Ümumiyyətlə məhkəmə sahəsində aparılan islahatların nəticələri heç də 1-3 ilə meydana çıxan deyil”.
Nazir S.Əliyevin dövlət kommunal sektordan çəkilməsi ilə bağlı təklifinə də münasibət bildirib: “Biz də sizinlə razıyıq ki, ideal vəziyyətdə dövlət tənzimləyici funksiyaları həyata keçirir. Lakin Azərbaycanda bu, heç də asan deyil. Bu gün təkcə məişət tullantılarının idarə edilməsindən dövlət geri çəkilsə, qiymətlər 15 dəfə artar. Bunun sosial təsirlərini qiymətləndirə bilərsinizmi? Yəni, tarifləri 15 dəfə qaldırmalıyıq. Yaxud su təchizatı sistemindən dövlət geri çəkilsə, tariflər dəfələrlə qalxmalıdır. Biz Dünya Bankı ilə məişət tullantılarının idarə olunması ilə bağlı 15 illik proqram hazırladıq. Çünki tədricən dövlət bu sektordan çəkilməlidir. Bir poliqonun tikintisinə 40 mln ABŞ dolları, onun saxlanmasına isə 10 mln. dollar xərc lazımdır. O xərcləri çıxarmaq üçün Avropadakı kimi gərək bir ailənin aylıq ancaq məişət tullantıları xərci 30-50 avroya çatsın. Bu gün Azərbaycan ailəsini o qədər yükləmək olmaz”.
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı