Türkiyənin ordu elitasının Bakı səfəri: Ankaranın gündəliyindəki “barıt qoxusu” – TƏHLİL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 28-də Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında iştirak etməsi ilə həm Azərbaycanın, həm də Türkiyənin ortaq rəqiblərinə sanballı mesajlarla zəngin xəbərdarlıqlar ötürüldü.
Cənab Ərdoğandan iki gün öncə Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib, görünür ki, “TEKNOFEST” iki ölkə arasındakı hərbi əməkdaşlıqda yeni səhifələr çevirmək imkanlarının müzakirəsinə vəsilə olub.
Hulusi Akarı müşayiət edən nümayəndə heyəti isə Türkiyə ordusunun ən üst elitasıdır: Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Hasan Küçükakyüz, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Adnan Özbal.
Nümayəndə heyətinin tərkibi belə fikir yürütməyə əsaslar verir ki, dünya nizamının dəyişdirilməsi fonunda yaranan təhlükələrə qarşı Azərbaycan-Türkiyə hərbi əməkdaşlığını gücləndirmək tezisləri Bakı-Ankara ikilisinin masasındadır.
Ona görə də bağlı qapılar arxasında aparılan müzakirələrin anatomiyası birgə strateji aktivlərin artırılmasına və təhdid ssenarilərinin hərbi modellə həllinə istiqamətlənib.
Bunlar Azərbaycana və Türkiyəyə bütün qütblərdən gələ biləcək təhdidlərə qarşı təsir rıçaqlarını inkişaf etdirəcək.
Hərbi partnyorluğun mərkəzində dayanan mövzulardan biri də Azərbaycanın Türkiyədən ən müasir silahların tədarükünü davam etdirməsidir. Türkiyənin “Baykar” şirkəti perspektivdə dünya hərb bazarları üçün ən cəlbedici olan yeni layihələr üzərində işləyir – “Bayraktar Kızılelma” və “Bayraktar TB3” layihələri, eləcə də uçan maşınların hazırlanması üzərində çalışır.
Bunlar müdafiə doktrinalarındakı müharibə ssenarilərinin pilotsuz aparatlarla aparılmasının gedişatını özündə ehtiva edən ən müasir texnologiya olacaq.
Türkiyənin “ASELSAN” şirkəti də (aktivlərinin 75 faizi Türkiyə Silahlı Qüvvələrinə aiddir) həddindən artıq cəlbediciliyi ilə seçilir və ordunun əməliyyatları üçün mükəmməl koordinasiya quran ən müasir texnologiyalara sahibdir.
İndi strateji müttəfiqlik ruhundan irəli gələrək Azərbaycanla Türkiyə arasında vahid əlaqələndirici mərkəzin qurulması istiqamətində iş aparıldığını, lap yaxın perspektivdə isə Azərbaycanın ordu arsenalına yeni, modern texnologiyaların gələcəyini deyə bilərik.
İkitərəfli sistematik hərbi quruluş Türkiyənin Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirəcək və Ankaranın Azərbaycanın təhlükəsizliyi üçün qarantında yeni istiqamətlər yaradacaq.
Türkiyə Azərbaycanda müdafiə sənayesinin inkişaf etdirilməsinə kömək edə biləcək bazasını da işə salacaq və yəqin ki, artıq proseslərə başlanılıb.
Bütün bunlar Şuşa Bəyannaməsinin müddəalarından irəli gələn proseslərin davamıdır və hərbi əməkdaşlığa yeni çərçivə verəcək.
Bu elə bir səviyyəyə çatacaq ki, mövcud modelin də fövqünə qalxacaq və Azərbaycanla Türkiyə bir-birinin müdafiə ehtiyaclarını ödəmək üçün səyləri birləşdirəcəklər.
Həmin səylər isə bir nöqtənin qoyulmasına hesablanıb: Türkiyənin Azərbaycanda hərbi baza yaratması planı mövcuddur. Azərbaycanın Hərbi Doktrinası da belə bir halı (xarici ölkələrin bazasının ölkədə yerləşdirilməsi) istisna etmir.
Bugün, 17:00
Qalibaf: Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq
Bugün, 16:19
Asim Munir Tehranda Pezeşkianla görüşdü
Bugün, 15:02
Emin Əmrullayev Britaniyanın Vorvik Universitetində olub
Bugün, 13:55
Bazar günü 28 dərəcə isti olacaq
Bugün, 11:44
Ukraynanın Novorossiyskə dron hücumundan sonra neft terminalı yanıb, yaralılar var
Bugün, 10:38
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bugün, 09:49
Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb
Dün, 18:43
Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ
Dün, 18:17
Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb
Dün, 17:35
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək
Dün, 16:58
“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu
Dün, 16:23
TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb
Dün, 15:39
Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir
Dün, 14:54
Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
Dün, 14:10
18 kəndə qazın verilişi DAYANDIRILACAQ
Dün, 13:10
Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
Dün, 12:06
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Dün, 11:45
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
Dün, 11:04
İslam Rzayev haqda - Yeni qərar
Dün, 10:34
Naxçıvana uçuşlar bərpa edildi
Dün, 09:51
Vəzifəli şəxs vəfat etdi - Foto
Dün, 09:15
Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub
21-05-2026, 18:47
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
21-05-2026, 18:17
Suriya G7 sammitinə dəvət olundu: "Böyük Yeddilik" tarixində bir ilk
21-05-2026, 18:01
Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
21-05-2026, 17:32
Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü
21-05-2026, 16:55
Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib