Paşinyanın “ilk peyk” yalanı: Bakıdan icazə alınıb?
Gündəm / Dünya
Oxunub: 0
27 May 2022 | 09:03
Paşinyanın “ilk peyk” yalanı: Bakıdan icazə alınıb?


Ermənistan Baş naziri Nikol Paşinyanın ölkənin 25 mayda kosmosa ilk peykinin göndərildiyi barədə yaydığı xəbər mifdən başqa bir şey deyil.

Bu sözləri erməni mediasına açıqlamasında “Demokratik konsolidasiya” partiyasının sədri, Ermənistan Nəqliyyat və Rabitə Nazirliyi Aparatının İnformasiya və rabitə idarəsinin sabiq rəhbəri Suren Petrosyan deyib.

O bildirib ki, söhbət Almaniyanın “Exolaanch” şirkətinin Transporter-5 proqramı çərçivəsində orbitə buraxılan İspaniyanın “Satlantis” şirkətinin hazırladığı peykdən gedir. Maraqlıdır ki, Ermənistan proqramın 10 benefisiar ölkəsi siyahısına daxil edilməyib:

“Paşinyanın ötəngünkü bəyanatı yalnız daxili auditoriyaya yönəlib və siyasi məqsədlər güdür.

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Ermənistana, eləcə də BTİ-yə üzv olan bütün dövlətlərə kosmosda müəyyən mövqe, koordinatlar verib. 2015-ci ildə bu prosesi bütün inzibatçı üzvlərlə koordinasiya etmək və peyki orbitə çıxarmaq üçün bizə 4 il vaxt verilmişdi. Ancaq ayrılmış vaxtda biz bunu edə bilmədik”.

Onun sözlərinə görə, 2020-ci ildə Ermənistana daha 4 il vaxt verildi, ancaq il yarıma peyk buraxmaq üçün BTİ üzvü olan ölkələrin razılığını almaq fiziki və texniki baxımdan mümkün deyil.

Petrosyan qeyd edib ki, Paşinyanın peykin buraxılması barədə danışıqların konfedensial getdiyi haqda sözləri də yalandır:

“Belə çıxır ki, onlar BTİ ilə gizli danışıqlar aparıblar? Kimdən gizlədiblər? Erməni xalqından? Məsələ bundadır ki, bu prosesi texniki baxımdan konfedensial aparmaq mümkün deyil. BTİ nizamnaməsinə görə, peykin buraxılması üçün bütün üzv dövlətlərdən icazə alınmalıdır – o cümlədən, Türkiyə və Azərbaycandan. Belə çıxır ki, bu barədə hamı bilib, yalnız bizdən başqa”.

Petrosyanın sözlərinə görə, ən yaxşı halda Ermənistana “SpaceX” peyklərindən birinə giriş imkanı verilə bilər ki, ondan istifadə etsin və hansısa məlumatlar ala bilsin:

“Əgər bunlar doğru olsa, biz həm mülki-kadastr işlərində, həm də hərbi məqsədlər üçün dəqiq təsvirlər almaq imkanı əldə etmiş olarıq. Ancaq bu, fantastikadır”.

Petrosyan xatırladıb ki, bir neçə il öncə “Armkosmos” erməni peyki yarada bilərdi:

“Söhbət heç də peyki bizim yaratmağımızdan deyil, təşkilatçı olmağımızdan gedir. Ancaq peyk proqramı həyata keçmədi, çünki hökumət onu maliyələşdirmədi. Peykin xərcləri 200-250 milyon dollar civarındadır, üstəlik əlavə xərcləri də var”.

Bürakan Astrofizika Rəsədxanasının direktoru Areq Mikaelyan isə bildirib ki, informasiya dolğun deyil:

“Paşinyan bildirib ki, peyk “SpaceX” kosmik gəmisi ilə buraxılıb. Bu, o deməkdir ki, buraxılan mini-peykdir. Bu peyklər isə ciddi funksiya daşımır. Bu, çox ucuz peykdir, oyuncaq kimi bir şeydir. Normal peyklər 200-250 milyon dollara başa gəlir, əvvəlcədən sifariş edilir, hazırlanır. Əgər belə bir peyk sifariş edilsə idi, dövlət büdcəsindən həmin vəsait ayrılmalı idi və hamının da xəbəri olardı”.

Hərbi ekspert Vaaqn Mxoyan da məsələyə münasibət bildirib, deyib ki, bu, ən yaxşı halda Ermənistanın ispan şirkətindən hansısa peyki kirayələməsi ola bilər:

“Exolaanch” şirkəti buraxıb ilk peykimizi? Bəs, bu şirkətin özünün bundan niyə xəbəri yoxdur? İspaniya mətbuatında “Santander” bankının bu layihə üçün maliyyə vəsaiti ayırdığını bildirən press-relizi dərc olunub. Görünür, söhbət peykin icarəsi üçün kreditin verilməsindən gedir:

Ermənistan rəhbərliyi kreditlə peyk kirayə götürüblər ki, xalqa “biz kosmosa ilk erməni peykini “SpaceX” şirkətinin “Falcon-9” raketi ilə göndərdik” deyə bilsinlər”.
Bugün, 15:55
Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib
Bugün, 15:22
AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib
Bugün, 14:52
Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu
Bugün, 14:24
Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik"
Bugün, 13:13
Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur
Bugün, 12:39
Sabah 23 dərəcə isti gözlənilir
Bugün, 11:55
Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"
Bugün, 11:30
İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək
Bugün, 10:52
WUF13-ün proqramı açıqlanıb
Bugün, 10:27
Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı - Müraciət
Bugün, 09:39
Bu günün valyuta məzənnələri
Bugün, 09:06
Krıma PUA hücumu zamanı beş nəfər ölüb
Dün, 18:51
Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər
Dün, 18:22
Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb
Dün, 17:50
Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu
Dün, 17:16
Sumqayıtda avtomobil yolu çöküb
Dün, 16:26
Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək
Dün, 15:53
Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib
Dün, 15:23
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Dün, 14:36
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
Dün, 11:31
Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib
Dün, 10:51
Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb
Dün, 10:20
Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur
Dün, 09:51
Azərbaycanda ən populyar mobil cihazlar - SİYAHI
Dün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Dün, 08:56
BİZİM TƏQVİM:Mayın 5-də baş vermiş tarixi hadisələr
4-05-2026, 19:13
İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib