HEYDƏR ƏLİYEV MÜSTƏQİL AZƏRBAYCANI İNKİŞAF VƏ YÜKSƏLİŞ YOLUNA UCALDIB
Gündəm / Cəmiyyət
Oxunub: 0
6 May 2022 | 13:09
HEYDƏR ƏLİYEV MÜSTƏQİL AZƏRBAYCANI İNKİŞAF VƏ YÜKSƏLİŞ YOLUNA UCALDIB
Əvəz Qocayev
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini


Bugünkü müstəqil, güclü, qüdrətli Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli Lider harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbində “Müstəqil Azərbaycan” adlı abidəni ucaltdı. 31 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın müstəqilliyimizin ilk illərində yaşadıqları yaddaşlardadır. Azərbaycan parçalanmaq, dağılmaq, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək, vətəndaş müharibəsi təhlükəsini yaşayırdı. Belə çətin vaxtlarda xalqımız üzünü öz xilaskarına- ulu öndər Heydər Əliyevə tutdu. 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan sözün əsl mənasında müstəqil, azad, firavan ölkə sevincini yaşamağa başladı. Dahi şəxsiyyətin böyük idarəçilik qabiliyyəti, təcrübəsi, ən əsası xalqına, dövlətinə, Vətəninə sevgisi sayəsində qarşıdakı dövrün uğurlu inkişaf strategiyası işlənib hazırlandı, Azərbaycanın möhkəm təməl üzərində inamla irəliləməsi üçün düzgün yollar müəyyənləşdirildi. Bu gerçəklik də hər zaman xüsusi qeyd edilməlidir və edilir ki, Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu ulu öndər Heydər Əliyevin ölkəmizə ilk dəfə rəhbərlik etdiyi dövrdən başlamışdır. Onun həmin illərdə gördüyü işlərə diqqət yetirdikdə gələcəkdə Azərbaycanı müstəqil dövlət kimi görmək istəyi özünü qabarıq şəkildə göstərir. Azərbaycanlı gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, müstəqil dövlətin qarantı olan ordu üçün hərbi kadrların yetişdirilməsi məqsədilə C. Naxçıvanski adına hərbi liseyin yaradılması kimi biri-birindən önəmli addımlar Azərbaycanın müstəqil gələcəyinə hesablanmış addımlar idi. Azərbaycançılıq ideyası dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin, görülən işlərin əsas qayəsini təşkil edirdi.

1993-cü ildən başlanan inkişaf yolunun uğurlarını bir müsahibə, sual çərçivəsində əhatə etmək qeyri-mümkündür. Bu fikri böyük inamla və fəxrlə qeyd edirik ki, Azərbaycan kimi müstəqil, iqtisadi cəhətdən qüdrətli, dünya birliyinin fəal üzvü, böyük söz sahibi olan bir dövləti yaratmaq xilaskar kimi Ulu Öndərə nəsib oldu. 1993-2003-cü illər Azərbaycanın tarixinə dirçəliş, inkişaf dövrü kimi yazılıb. Dövlətçiliyimizin əsasları yaradıldı. 1995-ci il 12 noyabrda Milli Konstitusiyamız ümumxalq səsverməsi yolu ilə qəbul olundu.

Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu".

Ölkənin inkişafını təmin edən amil isə, respublikanın iqtisadiyyatının güclü olmasıdır. Ulu Öndər çıxışı zamanı bildirmişdir ki, respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb: “Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN “İQTİSADİYYATI GÜCLÜ OLAN DÖVLƏT HƏR ŞEYƏ QADİRDİR”

Ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi hər zaman öz aktuallığını qoruyur. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi.

Bəli, məhz Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə uçurumda doğru yuvarlanan ölkəmizdə yeni iqtisadi yüksəliş başlanıldı, Azərbaycan Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfatı sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən əsası isə bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaradıldı. Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyata keçirildi, 1996-cı ildən ümumi daxili məhsul istehsalı ilbəil artmağa başladı, respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı və beləliklə, 1994-1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu. Hazırda həmin tarixi dövrü təhlil etdikdə onu sabitləşmə dövrü kimi səciyyələndirmək olar. Məhz həmin illərdə geriləmənin qarşısı alındı və 1996-cı ildən etibarən dirçəliş dövrü başladı. Bir sıra istehsal sahələrində geriləmənin sürəti azaldılmış, bəzi hallarda isə bu meyil tamamilə dayandırılmış, hasilat sənayesi ilə yanaşı, qeyri neft sektoru da inkişaf etdirilmişdir.

Sənayenin inkişafı ilə yanaşı Heydər Əliyev respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Məhz bu diqqətin nəticəsində respublikada 40-dan çox normativ-hüquqi akt qəbul edilmiş, kənd təsərrüfatı məhsullarının satışında qiymətlər tam sabitləşmiş, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırılmışdır. Yaxın keçmişdə əsas kənd təsərrüfatı məhsullarını müxtəlif xarici ölkələrdən alan Azərbaycan indi əksinə, xaricə məhsul ixrac edir. Bu da sözsüz ki, məhsul istehsalının intensiv artımı nəticəsində mümkün olmuşdur. İdxal-ixrac əməliyyatlarının bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması nəticəsində ölkəmizin beynəlxalq əlaqələri ilbəil genişlənir, möhkəmlənir və inkişaf edir. 1991-1994-cü illərdə inflyasiyanın böyük sürətlə, hətta dördrəqəmli faizə qədər artması müşahidə olunduğu halda, aparılan iqtisadi islahatlar nəticəsində 1995-ci ildən başlayaraq sabitləşmə prosesi getmiş, inflyasiyanın birrəqəmli həddə saxlanılmasına nail olundu. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın yeni neft erası başladı. Ulu Öndərin ölkəmizdə yaratdığı sabitlik və normal biznes mühiti Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasını şərtləndirdi. Bu mühüm məqamı da qeyd edək ki, ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs sazişinin imzalanması ölkədə sabitliyin təminatında, həmçinin digər sahələrdə mühüm işlərin görülməsində əsas rol oynadı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Bu gün ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın investisiyanın yatırılması ümummilli lider Heydər Əliyevin uğurlu neft strategiyasının nəticəsidir. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycanın enerji sektorunda qazanılan uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Bu layihələr, öz növbəsində, əməkdaşlığın regional çərçivədən beynəlxalq müstəviyə keçməsini təmin etdi. Belə ki, 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmin ildə TANAP istifadəyə verildi, 2020-ci ildə isə TAP-ın istifadəyə verilməsi nəzərdə tutulub. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası nəticəsində həm iştirakçı, həm də dünya dövlətlərinin dayanıqlı inkişafı təmin edilir.

Azərbaycanın enerji sektorunda qazandığı uğurlar hər zaman önə çəkilən bu fikrin də təsdiqidir ki, təbii ehtiyatlardan düzgün istifadə edildikdə o, zəngin sərvətə çevrilir. Neft gəlirlərinin idarə olunmasında şəffaflığın qorunması, nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi məqsədilə 29 dekabr 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin göstəricisi idi. Bu ideya Ümummilli Liderin “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” tezisində aydın ifadəsini tapıb. Hazırda Fondun aktivlərinin həcmi 41 milyard dollardan artıqdır. Neft gəlirlərinin düzgün istiqamətləndirilməsi nəticəsində həyata keçirilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafina geniş imkanlar yaradır.

İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etmişdir. Ulu Öndər tərəfindən həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlanıldı və ölkəmizə maliyyə yardımının göstərilməsinə başlanıldı. Həmin beynəlxalq maliyyə-kredit institutları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Sərt və çevik pul-kredit, büdcə-vergi siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkəmizdə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu. Ölkəmizin iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək oldu. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən strateji kurs Azərbaycanı zirvələrə doğru gedən ölkələr qrupunda öncül mövqeyə qaldırdı.

Bir sözlə, məhz iqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulmasi, idarəetmə sistemində təkmilləşmə, zamanın tələblərinə görə aparılan islahatlar bütün istiqamətlərdə əhəmiyyətli uğurlara yol açdı. Ölkəmizdə vitse-prezidentlik institutunun yaradılması, ölkə Prezidentinin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması davamli uğurlarımıza böyük töhfələr verdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın həyata keçirdikləri düşünülmüş siyasət nəticəsində Azərbaycanın qazandığı uğurların miqyası geniş və çoxşaxəlidir.

İslahatları yenilik, tərəqqi, inkişaf, yeni yanaşma kimi dəyərləndirən cənab İlham Əliyevin təkcə cari ilin ötən dövründə gördüyü işlərə diqqət yetirmək kifayətdir. Dünyanı bürüyən pandemiya hər bir ölkənin iqtisadi və sosial imkanlarını ortaya qoydu. Dövlətimizin başçısının Sərəncamı əsasında Nazirlər Kabinetinin 4 sektoru, 20 fəaliyyət sahəsini əhatə edən 10 yardım proqramının ehtiva olunduğu Tədbirlər Proqramının təsdiqlənməsi ölkə Prezidentinin hər zaman olduğu kimi, bu gün də vətəndaşının yanında olduğunu təsdiqlədi. Sahibkarlara dövlət tərəfindən maddi dəstəyin göstərilməsi, işsiz və karantin dövründə müvəqqəti işsiz olan 600 min vətəndaşa 190 manat birdəfəlik yardımın verilməsi, koronavirus xəstələri ilə işləyən həkimlərin, həmçinin yaşı 65-dən yuxarı olan tənha yaşlılara sosial xidmət göstərənlərin sosial müdafiəsinin gücləndirilməsi və sair kimi addımlar insan amilinə verilən dəyəri, eyni zamanda, Azərbaycan dövlətinin iqtisadi imkanlarını təqdim edir. Pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində görülən işlər, atılan addımlar ölkəmizin möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu çətinliklərdən də uğurla, az itki ilə çıxacağına əminliyi artırır. Ölkə ictimaiyyəti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına dəstəyini əməli fəaliyyəti ilə göstərir.

Bu gün xalqımız tam əmindir ki, Heydər Əliyev yolu Azərbaycana hələ bundan sonra da daha böyük uğurlar qazandıracaq, inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini reallaşdıracaq.
Dün, 17:00
Qalibaf: Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq
Dün, 16:19
Asim Munir Tehranda Pezeşkianla görüşdü
Dün, 15:02
Emin Əmrullayev Britaniyanın Vorvik Universitetində olub
Dün, 13:55
Bazar günü 28 dərəcə isti olacaq
Dün, 11:44
Ukraynanın Novorossiyskə dron hücumundan sonra neft terminalı yanıb, yaralılar var
Dün, 10:38
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Dün, 09:49
Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb
22-05-2026, 18:43
Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ
22-05-2026, 18:17
Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb
22-05-2026, 17:35
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək
22-05-2026, 16:58
“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu
22-05-2026, 16:23
TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb
22-05-2026, 15:39
Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir
22-05-2026, 14:54
Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
22-05-2026, 14:10
18 kəndə qazın verilişi DAYANDIRILACAQ
22-05-2026, 13:10
Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
22-05-2026, 12:06
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
22-05-2026, 11:45
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
22-05-2026, 11:04
İslam Rzayev haqda - Yeni qərar
22-05-2026, 10:34
Naxçıvana uçuşlar bərpa edildi
22-05-2026, 09:51
Vəzifəli şəxs vəfat etdi - Foto
22-05-2026, 09:15
Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub
21-05-2026, 18:47
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
21-05-2026, 18:17
Suriya G7 sammitinə dəvət olundu: "Böyük Yeddilik" tarixində bir ilk
21-05-2026, 18:01
Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
21-05-2026, 17:32
Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü
21-05-2026, 16:55
Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib