Tramp-Kim Çen görüşünün fiaskosunun SƏBƏBİ

Şimali Koreya ilə ABŞ-ın siyasi oyunu sözün əsl mənasında şounu xatırladırdı.
xeber.info bildirir ki, bu sözləri Axar.az-a ABŞ və Şimali Koreya liderləri arasındakı görüşün nəticəsiz bitməsi ilə bağlı danışan politoloq Tofiq Abbasov deyib. Politoloq görüşün nəticəsiz bitməsindən təəccüblənmədiyini deyib:
"Şimali Koreya ilə ABŞ-ın siyasi oyunu sözün əsl mənasında şounu xatırladırdı. Çünki burada əməlli-başlı ictimai fikri yayındırmaq, siyasi xal qazanmaq, eləcə də açıq-aşkar görünən boşluqları saxta məzmunla doldurmaq cəhdləri özünü büruzə verirdi. Birincisi, əlbəttə ki, iki düşmən dövlətin təmas qurması təqdirəlayiqdir. Biri var hər iki düşmən məqam düşən kimi bir-birinə məhvedici zərbəyə hərbi hazırlıqlar görsün, biri də var ki, gərginlik bir qədər yumşalsın. Trampa qədər Obama da Kuba ilə bənzər oyunu oynadı, səfirliklər açıldı, ABŞ-ın bayrağı Havanada, Kubanın bayrağı isə Vaşinqtonda qalxdı. Buna baxmayaraq, heç nə dəyişmədi, düşmənçilik hələ davam edir və sanksiyalar öz qüvvəsini saxlayır. Obamanın ardınca isə Tramp Yaxın Şərq problemini çözməyə cəhd etdi. Çünki regionda ziddiyyətlər var və əsas məsuliyyət ABŞ-ın diplomatiyasının üzərindədir. Tramp buna görə İranla nüvə proqramına dair sazişdən çıxdı və Tehranla danışıqlara hazır olduğunu bildirdi. Ancaq İran belə bir təşəbbüsə qol qoymadı. Fikir verin, ABŞ indi də Şimali Koreyanın planlarına çox orijinal bir yolla müdaxilə etməyə, bu ölkəni Çinin təsirindən çıxarmağa çalışır. Bu, çoxgedişli bir oyundur və bu oyun Şimali Koreya rejiminin məhvini, iki Koreyanın birləşməsini Vaşinqtonun siyasi uğurlar siyahısına daxil etməyi hədəfləyir".
Politoloq vurğulayıb ki, ABŞ-ın Şimali Koreyanı boş vədlərlə yolundan azdırmaq, fərqli bir istiqamətdən tələyə salmaq cəhdləri əsla baş tutmayacaq:
"Baxın, vaxtilə ABŞ və Qərb dövlətləri Qəzzafini nüvə proqramından yayındırmaqla onun sonunu gətirdilər. Ancaq Qəzzafidən fərqli olaraq Şimali Koreya rejimi onun üzərində oynanılan oyunun fərqindədir. Digər tərəfdən vaxtilə Şimali Koreyanın iqtisadi vəziyyəti çox gözlənilməz bir məqamda təbii fəlakətlər ucbatından pisləşəndə və aclıq bütün xalqın baş üzərini alanda nədənsə ABŞ yox idi. Şimali Koreyanın yanında Çin, Rusiya və bir neçə üçüncü dövlət var idi. Bu baxımdan da Hanoy görüşü fiaskoya uğradı".
Qeyd edək ki, dünən Hanoyda ABŞ və Şimali Koreya liderlərinin görüşündə heç bir nəticə əldə edilməyib. Pxenyanın nüvə və qitələrarası ballistik raket sınaqlarını dayandırmağa söz verdiyini deyən Şimali Koreya Xarici İşlər naziri Ri Yonq Vaşinqtonun bəlkə də bir daha reallaşmayacaq əhəmiyyətli bir fürsəti əldən qaçırdığını vurğulayıb.
Dün, 15:11
Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var
Dün, 12:22
Metroda zarafat edənlər cərimələnəcəklər - Ciddi xəbərdarlıq
Dün, 11:34
Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb
Dün, 10:56
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dün, 10:03
BİZİM TƏQVİM:16 mayda baş vermiş tarixi hadisələr
Dün, 09:17
Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq
15-05-2026, 18:45
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
15-05-2026, 17:49
Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır
15-05-2026, 17:17
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
15-05-2026, 16:48
Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib
15-05-2026, 16:03
Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub
15-05-2026, 15:32
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb
15-05-2026, 15:14
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
15-05-2026, 13:03
Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır
15-05-2026, 12:26
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır
15-05-2026, 11:56
Tramp iki günlük səfərindən sonra Çini tərk edib
15-05-2026, 11:19
İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib
15-05-2026, 10:35
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
15-05-2026, 09:52
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
15-05-2026, 09:23
Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək
15-05-2026, 08:49
Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq
14-05-2026, 18:22
Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
14-05-2026, 17:38
Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır
14-05-2026, 17:11
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
14-05-2026, 16:35
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
14-05-2026, 16:05
Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir - İCMAL
14-05-2026, 13:05
Sabah 30 dərəcə isti olacaq