Xidmət rəisi Rəqabət Məcəlləsinin hazırlanmasından DANIŞDI

Aprelin 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri ilə görüşüblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbiri açan parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bugünkü görüşdə rəqabət mühitinin gücləndirilməsi, inhisarçılıq fəaliyyətinin qarşısının alınması tədbirləri, inflyasiya və süni qiymət artımları ilə mübarizə, dövlət satınalmalarındakı vəziyyət kimi mövzular ətrafında fikir mübadiləsi aparılacağını bildirib.
O, mövzuların kifayət qədər aktual olduğunu və parlamentin həm plenar, həm də komitə iclaslarında, eyni zamanda seçici və vətəndaşlarla görüşlərdə bu məsələlərin qaldırıldığını qeyd edib.
Komitə sədri rəqabətlə bağlı qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılmasından danışıb, həmçinin dövlət satınalmaları haqqında qanunvericiliyin təkmilləşdirilməsi, praktika və vərdişlərin dəyişdirilməsi zərurətinə toxunub.
Sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən dövrdə xidmətin antiinhisar və haqsız rəqabət, dövlət satınalmalarına, keyfiyyət infrastrukturuna nəzarət, istehlakçıların hüquqlarının müdafiəsi kimi ümumi fəaliyyət istiqamətləri üzrə gördüyü işlər, əldə edilən nəticələrdən danışıb.
Xidmət rəisi sosial əhəmiyyətli əsas ərzaq məhsullarının dəyər zəncirindəki ticarət əlavələrinin müəyyənləşdirilməsindən, inflyasiya proseslərinin cilovlanması tədbirlərindən, təbii inhisarçılara dövlət nəzarətinin gücləndirilməsi, telekommunikasiya sahəsində, o cümlədən internet xidmətləri ilə bağlı aparılan optimallaşma işlərindən bəhs edib.
O, rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması üzrə Milli Strateji Proqramdan, Rəqabət Məcəlləsinin hazırlanması, dövlət satınalmaları haqqında, daxili ticarət haqqında qanunvericiliyin təkmilləşdirilməsi, bu sahələr üzrə təklif olunan yeni yanaşmalar barədə məlumat verib.
Sonra müzakirə olunan mövzular üzrə komitə sədri Tahir Mirkişili, komitə sədrinin müavini Əli Məsimli, deputatlar Rüfət Quliyev, Aydın Hüseynov, Etibar Əliyev, Mahir Abbaszadə, Vüqar Bayramov, Məşhur Məmmədov çıxış ediblər.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə deputatlar məhsulların bazarlara çıxışının çətinliklərindən, keyfiyyət standartlarının tətbiqinin genişləndirilməsindən, telekommunikasiya sahəsindəki qiymətlərin optimallaşdırılmasından söz açıblar.
Millət vəkilləri inhisarçılıq və süni qiymət artımları ilə mübarizə, sağlam rəqabət mühitinin inkişaf etdirilməsi, dövlət satınalmaları sahəsində tenderlərin keçirilməsinin təkmilləşdirilməsi, elektronlaşmanın artırılması, yerli istehsalçı şirkətlərin bu tenderlərdə iştirakı ilə bağlı maneələrin aradan qaldırılması kimi məsələlər barədə fikirlərini bildiriblər.
Dün, 17:00
Qalibaf: Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq
Dün, 16:19
Asim Munir Tehranda Pezeşkianla görüşdü
Dün, 15:02
Emin Əmrullayev Britaniyanın Vorvik Universitetində olub
Dün, 13:55
Bazar günü 28 dərəcə isti olacaq
Dün, 11:44
Ukraynanın Novorossiyskə dron hücumundan sonra neft terminalı yanıb, yaralılar var
Dün, 10:38
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Dün, 09:49
Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb
22-05-2026, 18:43
Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ
22-05-2026, 18:17
Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb
22-05-2026, 17:35
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək
22-05-2026, 16:58
“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu
22-05-2026, 16:23
TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb
22-05-2026, 15:39
Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir
22-05-2026, 14:54
Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
22-05-2026, 14:10
18 kəndə qazın verilişi DAYANDIRILACAQ
22-05-2026, 13:10
Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
22-05-2026, 12:06
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
22-05-2026, 11:45
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
22-05-2026, 11:04
İslam Rzayev haqda - Yeni qərar
22-05-2026, 10:34
Naxçıvana uçuşlar bərpa edildi
22-05-2026, 09:51
Vəzifəli şəxs vəfat etdi - Foto
22-05-2026, 09:15
Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub
21-05-2026, 18:47
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
21-05-2026, 18:17
Suriya G7 sammitinə dəvət olundu: "Böyük Yeddilik" tarixində bir ilk
21-05-2026, 18:01
Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
21-05-2026, 17:32
Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü
21-05-2026, 16:55
Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib