Novruz dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır
Gündəm / Cəmiyyət
Oxunub: 0
18 Mrt 2022 | 15:09
Novruz  dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır

Əvəz Qocayev
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini


Yurdumuza bahar gəlir. Novruz bayramı ilə başlanan yaz fəsli təbiətin oyanması, küsülülərin barışması, ruzi-bərəkət rəmzi bol şirniyyat süfrəsi ilə Novruzu daha möhtəşəm, sevimli edir. Novruz bayramı əsrlər boyu qeyd edilən qədim və adət-ənənələrlə dolu bir bayramdır.
Novruz bayramı tarix boyu Azərbaycan xalqının mənəvi birliyini əks etdirən, onun ruhunu yaşadan, onu millət kimi formalaşdıran bir dəyər rolunda çıxış edib. Təsadüfi deyildir ki, 28 il ərzində Azərbaycan xalqının ən ülvi arzularından biri Novruz tonqalını Şuşada, Cıdır düzündə qalamaq və bayramı orada qeyd etmək olub. Bu arzu xalqımızın birliyinin torpaqlarımızın işğalı dövründə də qorunub saxlanmasına kömək edib. Nəhayət, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində böyük Zəfərimizdən sonra bu arzumuz çin oldu. 2021-ci ildə Novruz bayramı günü Prezident İlham Əliyev Şuşa şəhərində Cıdır düzündə Novruz tonqalını qaladı. Bu tonqal Azərbaycan xalqının heç bir çətinliyə baxmadan səbir, təmkin və mətanətlə gələcəyə doğru addımlamasının, bu yolda özünə inamının daha da yüksəlməsinin, onun milli-mənəvi birliyinin daha da möhkəmlənməsinin və Vətən sevgisinin rəmzi idi.
Novruz bayramının beynəlxalq müstəvidə tanıdılması, təbliği və qeyd edilməsi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehribanın xanım Əliyevanın adı ilə sıx bağlıdır. Onun təşəbbüsü və ardıcıl səyləri nəticəsində UNESCO Novruz bayramını Qeyri-maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edib.
Məhz Azərbaycanın və xüsusən də Mehriban xanım Əliyevanın təşəbbüskar səyləri sayəsində Novruz bayramı beynəlxalq səviyyədə tanınıb və 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü iclasında 21 mart Beynəlxalq Novruz Günü elan edilib.
Başqa sözlə desək, Mehriban xanım Əliyeva Novruz bayramını milli hüdudlardan və folklor müstəvisindən dünya səviyyəsinə yüksəldib. Bu həm də o deməkdir ki, Novruz milli birlik və həmrəylik bayramı olmaqla bərabər, beynəlxalq birlik, sülh və həmrəylik rəmzinə çevrilib. Belə yanaşma isə Ulu öndər, Ümummilli lider, mərhum Heydər Əliyevin Novruz bayramı ilə bağlı dediyi aşağıdakı fikrə əsaslanır: “Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.” Bayramınız mübarək!
23-05-2026, 17:00
Qalibaf: Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq
23-05-2026, 16:19
Asim Munir Tehranda Pezeşkianla görüşdü
23-05-2026, 15:02
Emin Əmrullayev Britaniyanın Vorvik Universitetində olub
23-05-2026, 13:55
Bazar günü 28 dərəcə isti olacaq
23-05-2026, 11:44
Ukraynanın Novorossiyskə dron hücumundan sonra neft terminalı yanıb, yaralılar var
23-05-2026, 10:38
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
23-05-2026, 09:49
Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb
22-05-2026, 18:43
Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ
22-05-2026, 18:17
Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb
22-05-2026, 17:35
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək
22-05-2026, 16:58
“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu
22-05-2026, 16:23
TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb
22-05-2026, 15:39
Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir
22-05-2026, 14:54
Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
22-05-2026, 14:10
18 kəndə qazın verilişi DAYANDIRILACAQ
22-05-2026, 13:10
Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
22-05-2026, 12:06
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
22-05-2026, 11:45
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
22-05-2026, 11:04
İslam Rzayev haqda - Yeni qərar
22-05-2026, 10:34
Naxçıvana uçuşlar bərpa edildi
22-05-2026, 09:51
Vəzifəli şəxs vəfat etdi - Foto
22-05-2026, 09:15
Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub
21-05-2026, 18:47
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
21-05-2026, 18:17
Suriya G7 sammitinə dəvət olundu: "Böyük Yeddilik" tarixində bir ilk
21-05-2026, 18:01
Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
21-05-2026, 17:32
Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü
21-05-2026, 16:55
Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib