Yeni nəsil nəzarət kassa aparatlarının operatorlarının fəaliyyəti necə olacaq?

Azərbaycanda yeni nəsil nəzarət kassa aparatlarının (NKA) tətbiqi ilə bağlı vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də kassa aparatları ilə bağlı operatorların fəaliyyətidir.
Anews.az xəbər verir ki, operator Vergilər Nazirliyinin müəyyən etdiyi tələblərə cavab verən kassa sistemlərinin təchizatını, satışını, nazirliyin xüsusi qurğusu olan nəzarət mexanizm qurğusu ilə təmin edilməsini, qeydiyyatını, sertifikatlaşdırılmasını, servis texniki xidmətlərin göstərilməsini həyata keçirən Vergilər Nazirliyində operator qismində qeydiyyatdan keçmiş rezident hüquqi şəxsdir.
Kimlər operator ola bilər?
Yeni nəsil NKA-ların operatoru qismində fəaliyyət göstərmək niyyətində olan istənilən rezident hüquqi şəxs qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab verdikdə nəzarət-kassa aparatlarının operatoru olmaq hüququna malikdir. Bunun üçün ayrıca tender keçirilməyəcəkdir. Operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxs operatorlar üçün portal üzərindən gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş ərizəyə məlumatları daxil edərək Vergilər Nazirliyinə müraciət edir. Daxil olan müraciət əsasında hüquqi şəxsin irəli sürülən tələblərə uyğunluğu yoxlanılır və həmin tələblərə cavab verən hüquqi şəxsə texniki sınaq və sertifikatlaşdırma üçün kassa sisteminin modelinin nümunəsinin ekspert komissiyasına təqdim edilməsi barədə bildiriş göndərilir. Texniki sınaq və sertifikatlaşdırma müsbət nəticə verdikdə kassa sistemi dövlət reysterinə daxil edilir və hüquqi şəxsə operator statusu alması barədə bildiriş göndərilir.
Operatorlar üçün irəli sürülən tələblər
Qeyd edək ki, nəzərdə tutulan qanunvericilik layihələrində operatorlar üçün bir sıra tələblərin irəli sürülməsi planlaşdırılır. Bu tələblərə onun bank hesabına malik olması, vergi ödəyicilərinə xidmət göstərəcək ən azı 1 məntəqə və ya texniki filialının olması, dövlət büdcəsinə borcunun olmaması, sertifikasiyadan keçərək dövlət reyestrinə daxil edilmiş və tələblərə cavab verən ən azı bir kassa modelinə malik olması, kassa sisteminin istehsalçısı ilə bağlanmış alqı-satqı müqaviləsi və təqdim edilmiş kassa sisteminə texniki xidmət göstərmək bacarığına malik ən azı bir nəfər əməkdaşının mövcud olması və s. kimi vacib amillər daxildir. Vergi ödəyiciləri, dövlət reyestrinə daxil edilmiş operatorlar barədə və kassa sistemləri ilə bağlı yarana biləcək digər suallara dair məlumatı istifadəyə verilməsi planlaşdırılan e-kassa.gov.az internet səhifəsindən əldə edə biləcəklər.
Operatorun funksiyaları
Operator qismində qeydiyyatdan keçəcək hüquqi şəxs "operator” statusunun icrası ilə əlaqədar bir sıra öhdəlikləri də öz üzərinə götürmüş olacaq. Ümumiyətlə kassa sistemlərinin operatorlarının funksiyaları çox genişdir və onlar arasında ən önəmli və prioritet daşıyan istiqamətlərdən biri vergi ödəyicilərinə yüksək keyfiyyətli və operativ xidmətin göstərilməsidir. Belə ki, operatorun başlıca vəzifəsi vergi ödəyicisini kassa aparatı ilə təmin etdikdən sonra vaxtında və keyfiyyətli xidmət göstərməkdən ibarət olsa da təkcə bununla məhdudlaşmır. Operator kassa sisteminin düzgün işlədilməsini izah etməli və istismarını təmin etməli, habelə kassa sistemini rübdə bir dəfədən az olmamaq şərtilə müdaxilələrin qarşısını almaq məqsədilə yoxlamalı, iş fəaliyyəti zamanı yaranan nöqsanları aradan qaldırmalı, paylanılan kassa modellərinin müəyyən olunacaq ehtiyatına malik olmalı və Vergilər Nazirliyindən asılı olaraq qarşılıqlı fəaliyyət göstərməlidir. Operatorlar tərəfindən həmçinin istifadəçi təlimatı və kassa sisteminin istismar sənədləşdirilməsinin hazırlanması da həyata keçirilir. Bununla yanaşı, operatorlar kassa sistemi istifadəçilərinə əsas xidmətlərin təqdim edilməsini, kassa sisteminin nəzarət mexanizm qurgusu ilə təchiz edilməsini və qeydiyyatını, quraşdırılmasını, texniki dəstəyin göstərilməsini, təmirini, müvəqqəti kassa sisteminin təqdim olunmasını və uçotdan çıxarılmasını həyata keçirir.
Dün, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
Dün, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
Dün, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
Dün, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
Dün, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
Dün, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
Dün, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
Dün, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
Dün, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
Dün, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
Dün, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
Dün, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
18-06-2026, 10:17
Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
18-06-2026, 10:05
Lamiyə Əliqızı: 18 İyun – Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü
18-06-2026, 09:14
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir
18-06-2026, 08:49
ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib
17-06-2026, 19:46
Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq olub
17-06-2026, 19:06
Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb
17-06-2026, 11:11
I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
17-06-2026, 10:52
Azərbaycan XİN İslandiyanı təbrik edib