Bu tarixdən sosial müavinətlər artımla veriləcək - VİDEO
Gündəm / Sosial
Oxunub: 820
25 Şub 2019 | 18:26
Bu tarixdən sosial müavinətlər artımla veriləcək - VİDEO
Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam 577 min insanı əhatə edəcək.
Anews.az-ın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, 1 aprel tarixindən yeni sosial müavinətlər qüvvədə olacaq.
Nazirin sözlərinə görə, bu artımları icra etmək üçün büdcədən əlavə 300 milyondan çox vəsait ayrılacaq .

Ümumilikdə isə müavinətlər üzrə paketin dəyəri iki dəfə artacaq.
Sahil Babayev bildirib ki, 1-ci qrup əlilliyi olan müharibə veteranlarının aylıq gəlirləri 450 manat olacaq.
"2-ci qrup əlilliyi olan müharibə veteranlarının müavinət və təqaüdü birlikdə 360 manat, 3-cü qrup üzrə isə 320 manat olacaq.
Sağlamlıq imkanı məhdud olan hər bir uşaq üçün müavinət 200 manata çatacaq.
Əlilliyi olanlarla bağlı maliyyə paketimiz 300 milyon manat hesablanıb. Əlilliyi olanların əldə edəcəyi məbləğ ciddi şəkildə artacaq”.
S.Babayev qeyd edib ki, ailə başçısını itirməyə görə müavinət 40 min vətəndaşı əhatə edir və hər bir şəxs aylıq 80 manat alacaq.
Doqquz min vətəndaşın ailəsində beşdən çox uşaq var və onlara verilən müavinət 33 manatdan 55 manata çatdı.
"Bu il 80 minə yaxın insana 200 manat məbləğində birdəfəlik uşaq pulu veriləcək”, - deyə nazir bildirib.
Sahil Babayevin sözlərinə görə, əksər müavinətlər 100 faiz qaldırılıb.
"Bu o deməkdir ki, 577 min insanın gəlirləri iki dəfə artacaq. Fevral ayında verilən son 3 qərarla 1 milyon 500 mindən artıq insanın sosial müdafiəsi gücləndirildi. Nəzərə alaq ki, 577 min insanın 256 mini əlilliyi olan insanlardır. Onların aylıq gəlirlərinin 300-450 manata qaldırılması mühüm əhəmiyyət daşıyır”, - deyə nazir vurğulayıb.

Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı