Qarabağda nəhəng həcmdə tikinti-quruculuq işləri həyata keçirilir
Xəlil Göyüşov
'Körpü-Bina Tikinti" MMC-nin rəhbəri
Azərbaycanın 44 günlük Vətən Müharibəsində möhtəşəm qələbəsindən sonra işğaldan azad edilmiş ərazilərdə geniş bərpa, tikinti-quruculuq işləri aparılır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Qarabağda məcburi köçkün ailələrinin doğma ata-baba yurdlarına qayıdaraq, bundan sonra xoşbəxt və firavan həyat sürmələri üçün lazımi təhlükəsizlik tədbirləri ilə yanaşı, iri infrasturktur layihələri uğurla icra olunur. Bu mühüm prosesdə bir çox kollektivlər, alim və mütəxəssislər, sadə peşə adamları böyük həvəslə iştirak edirlər.
Qarabağda hazırda görülən bərpa işlərinin həcmi və vüsəti, insanların bu bənzərsiz diyarı yenidən dirçəltmək və onu dünyanın ən gözəl məkanlarından birinə çevirmək arzusu o qədər böyükdür ki, bunları müşahidə edən hər kəsdə dərin məmnunluq hissi yaranır.
– Qarabağ hər bir azərbaycanlı üçün olduqca doğma və məhrəm bir diyardır. Onun 30 ilə yaxın düşmən əsarətində qalması hər birimizin ürəyini sızladırdı. Ürək dolusu sevinə bilmirdik. Ən xoş anlarımızda belə gözümüzün biri gülürdüsə, o biri ağlayırdı.
İndi, Allaha min şükürlər olsun ki, Xan qızı Natəvanın, dahi Üzeyir bəyin, böyük xanəndəmiz Bülbülün yurdu, xalqımızın mənəviyyat tacı olan Qarabağımız azaddır. Bundan böyük xoşbəxtlik ola bilərmi? Əlbəttə, ola bilməz! İnsan yalnız şərəfli ölkədə ləyaqətli ömür sürə bilər. Azərbaycan da dünyanın ən şərəfli ölkələrindən biridir. Biz bu mənada son dərəcə xoşbəxt xalqıq.
Xalqımıza bu xoşbəxtliyi müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri bəxş ediblər. Bu xoşbəxtlik xalqla dövlətin sarsılmaz birliyi sayəsində mümkün olubdur. Bu birliyin, həmrəyliyin, yurdsevərliyin qədrini bundan sonra daim bilməliyik. O zaman daha güclü, daha qüdrətli olacağıq.
Mən bu günlərdə mətbuatdan öyrəndim ki Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib. Prezident Administrasiyasının və Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icrasına dair son vəziyyət təhlil edilib, qısamüddətli və uzunmüddətli perspektivdə qarşıda duran məqsədlər və onların həyata keçirilməsi ilə bağlı qurumlararası əlaqələndirmə məsələləri müzakirə olunub.
Bəli, bu, bir həqiqətdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə sürətlə həyata keçirilən genişmiqyaslı quruculuq işləri dünya miqyasında nümunəvi xarakter daşıyır. Dünya bunu görür və yüksək dəyərləndirir. Dünya həmçinin görür ki, ermənilərin Qarabağda 30 ildə dağıtdıqlarını bərpa etmək, Qarabağı dirçəltmək və tamamilə yenidən qurmaq üçün Azərbaycan dövləti və xalqı əl-ələ veribdir.
Azərbaycan xalqı ermənilərdən fərqli olaraq qurub-yaratmaqla məşğuldur. Bizim onlardan fərqimiz çox böyükdür. Biz sivil, mədəni xalqıq, onlar isə nəyə qadir olduqlarını Qarabağda bütün dünyaya “nümayiş etdirdilər”.
İndi ermənilər ağıllarını başlarına yığıb düzgün seçim etməlidirlər. Mən çox istərdim ki, erməni xalqı öz səhvlərini etiraf edib, nəhayət, düz yola, haqq yoluna qayıtsın. Tarixdə əbədi müharibələr olmur. Ermənilər bizimlə qonşu kimi sülh, əmin-amanlıq şəraitində yaşamağa çalışmalıdırlar. Bu, onların da bizim də xeyrimizədir.
Mən indi ömrümün ahıl yaşındayam. Sinnim artıq səksəni ötüb. Birinci Qarabağ müharibəsi barədə çox sayda əsərlər, povest və hekayələr qələmə almışam. Ömür vəfa etsə, Vətən müharibəsinin qəhrəmanlarını da böyük həvəslə vəsf edəcəyəm. Vətənimlə, dövlətimlə, Prezidentimlə qürur duyuram!
Dün, 18:43
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
Dün, 18:19
Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir
Dün, 17:50
İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq
Dün, 17:34
Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib
Dün, 17:16
Prezident bir sıra məhkəmələrə sədr təyin edib
Dün, 16:45
Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik
Dün, 15:55
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Dün, 15:06
Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik
Dün, 12:38
Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"
Dün, 11:47
İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək
Dün, 10:32
Türkiyədə bələdiyyə sədri saxlanılıb
Dün, 09:38
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Dün, 09:03
Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb
25-05-2026, 17:53
Putin İlham Əliyevi təbrik etdi
25-05-2026, 16:58
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
25-05-2026, 16:13
Metronun hərəkət qrafiki dəyişdirilir
25-05-2026, 15:22
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub
25-05-2026, 13:09
Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik
25-05-2026, 12:33
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
25-05-2026, 11:28
Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq
25-05-2026, 10:54
Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb
25-05-2026, 09:59
QMİ Qurban bayramı ilə bağlı fətva verib
25-05-2026, 09:10
Xəzər dənizində zəlzələ olub
23-05-2026, 17:00
Qalibaf: Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq
23-05-2026, 16:19
Asim Munir Tehranda Pezeşkianla görüşdü
23-05-2026, 15:02
Emin Əmrullayev Britaniyanın Vorvik Universitetində olub
23-05-2026, 13:55
Bazar günü 28 dərəcə isti olacaq
