20 Yanvar tariximizin qəhrəmanlıq səlnaməsidir
İlqar Nəzərov
“Şərq” İstehsalat Birliyinin direktoru
20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.
Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib.
Xalq o günlərdə böyük bir həqiqəti - meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.
Bu il xalqımız 20 Yanvar hadisələrinin 32 ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını qürurla xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.
Bugün, 11:40
Qəbələdə bir küçədə qaz təchizatı dayandırılıb
Bugün, 10:50
Rusiya zərbələri nəticəsində Ukraynanın 3 vilayətində 1 nəfər ölüb, 25 nəfər yaralanıb
Bugün, 10:10
Allahşükür Paşazadə: Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar
Bugün, 09:18
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
Bugün, 09:03
Prezidentin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib
Bugün, 08:51
Azərbaycanda Qurban bayramı qeyd edilir
Dün, 18:43
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
Dün, 18:19
Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir
Dün, 17:50
İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq
Dün, 17:34
Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib
Dün, 17:16
Prezident bir sıra məhkəmələrə sədr təyin edib
Dün, 16:45
Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik
Dün, 15:55
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Dün, 15:06
Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik
Dün, 12:38
Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"
Dün, 11:47
İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək
Dün, 10:32
Türkiyədə bələdiyyə sədri saxlanılıb
Dün, 09:38
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Dün, 09:03
Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb
25-05-2026, 17:53
Putin İlham Əliyevi təbrik etdi
25-05-2026, 16:58
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
25-05-2026, 16:13
Metronun hərəkət qrafiki dəyişdirilir
25-05-2026, 15:22
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub
25-05-2026, 13:09
Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik
25-05-2026, 12:33
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
25-05-2026, 11:28
Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq
25-05-2026, 10:54
Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb
