Qarabağın tacı – Şuşa
“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli sərəncamı xalqımız, eləcə də, dünya azərbaycanlıları tərəfindən böyük rəğbətlə qarşılandı. Artıq dünya ictimaiyyətinə də bəlli oldu ki, Şuşa Azərbaycanın ayrılmaz hissəsidir”.
Bu fikirləri "Unikal"-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, YAP üzvü, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə səsləndirib.
Hüquq müdafiəçisi deyib ki, Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa işğaldan azad olunan gün - 2020- ci il noyabrın 8-də xalqa müraciətində verdiyi xoş xəbər bu gün də hər birimizin qulaqlarında səslənir: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Ç. Qənizadə dövlət başçısının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində 2022-ci ili “Şuşa ili” elan etməsi həmin sözləri bir daha xatırladıb: “Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa ili” elan edirəm”.
Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirən Ç.Qənizadə şəhərin inkişafına dair xüsusi qərarların məhz ulu öndərin təşəbbüsü ilə qəbul edildiyni diqqətə çatdırıb. Qeyd edib ki, həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Ümummilli lider Şuşanın tarixi əhəmiyyətini yüksək səciyyələndirib: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.
Ç.Qənizadə Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhərinin 28 il Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldığını xatırladıb: “Bu müddət ərzində ermənilər özlərinə xas olan vəhşilik, qəddarlıq nümayiş etdirərək, Şuşanın bir çox qiymətli tarixi-mədəni abidələrini dağıdıb və talan ediblər. Bu sıraya məşhur Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Eyni zamanda, Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu və 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyası, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi məhv edilib. Dağıdılan tarixi məkanlar arasında Xurşidbanu Natəvanın, Ə.Haqverdiyevin, Q.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.Vəzirovun, Y.V.Çəmənzəminlinin, Xan Şuşinskinin, Sadıqcanın evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri və daha neçə digər abidələr var”.
“Amma bu, belə davam edə bilməzdi və torpaqlarımızın işğalı əbədi olmazdı” – deyən hüquq müdafiəçisi bildirib ki, xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində işğalda olan bütün torpaqlarımızı, o cümlədən Qarabağın tacı Şuşanın nəyin bahasına olursa-olsun, düşmən tapdağından azad edəcəyinə əmin idi. Ulu öndərimizin dediyi kimi: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. Xalqımız artıq bir ildən çoxdur ki, tarixi Qələbənin sevinci ilə yaşayır. Həm Şuşa, həm də 30 ilə yaxın müddətdə işğala altında qalan digər ərazilərimiz azaddır.
Ç.Qənizadə indi Şuşada yenidənqurma, bərpa, quruculuq işlərinin geniş miqyas aldığından danışıb. Deyib ki, Prezidentin imzaladığı sərəncamda da qeyd edildiyi kimi, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın baş planının hazırlanması, Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda”, “Qarabağın sənət inciləri” sərgiləri böyük rəğbətlə qarşılanıb. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı dünyada əks-səda yaratdı. Digər mühüm əhəmiyyətli tədbirlər də Şuşanın azadlığının rəmzinə çevrilib. Şuşa sürətlə dirçələrək, əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.
Bugün, 15:08
Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək
Bugün, 13:14
İranın Təhlükəsizlik Şurasında ABŞ ilə dolayı təmasların davam etdiyi bildirilib
Bugün, 12:11
Naxçıvan Rəssamlar Birliyinə sədr seçilib
Bugün, 11:40
Qəbələdə bir küçədə qaz təchizatı dayandırılıb
Bugün, 10:50
Rusiya zərbələri nəticəsində Ukraynanın 3 vilayətində 1 nəfər ölüb, 25 nəfər yaralanıb
Bugün, 10:10
Allahşükür Paşazadə: Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar
Bugün, 09:18
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
Bugün, 09:03
Prezidentin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib
Bugün, 08:51
Azərbaycanda Qurban bayramı qeyd edilir
Dün, 18:43
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
Dün, 18:19
Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir
Dün, 17:50
İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq
Dün, 17:34
Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib
Dün, 17:16
Prezident bir sıra məhkəmələrə sədr təyin edib
Dün, 16:45
Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik
Dün, 15:55
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Dün, 15:06
Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik
Dün, 12:38
Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"
Dün, 11:47
İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək
Dün, 10:32
Türkiyədə bələdiyyə sədri saxlanılıb
Dün, 09:38
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Dün, 09:03
Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb
25-05-2026, 17:53
Putin İlham Əliyevi təbrik etdi
25-05-2026, 16:58
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
25-05-2026, 16:13
Metronun hərəkət qrafiki dəyişdirilir
25-05-2026, 15:22
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub
25-05-2026, 13:09
Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik