Fuad Muradov bayram tədbirində iştirak etdi - FOTO
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə “Bir olaq, həmrəy olaq!” adlı bayram videokonfransı keçirilib.
DİDK sədri Fuad Muradov 67 ölkədən 570 soydaşımızın qatıldığı videokonfransı açıq elan etdikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.
Beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmış, dövlətimizin inkişafı yolunda xarüqələr yaratmış Müzəffər Ali Baş Komandanın misilsiz xidmətlərini əks etdirən “Dünya Azərbaycanlıları Sizinlədir, Müzəffər Ali Baş Komandan!” adlı videocarxın təqdimatından sonra Komitə sədri xaricdə yaşayan soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.
DİDK sədri dünyanın nüfuzlu dövlət xadimləri və siyasətçiləri arasında layiqli yer tutan dövlət başçısının tapşırıq və göstərişləri əsasında diaspor quruculuğu sahəsində yeni və mühüm mərhələnin başlanmasından danışıb, xaricdə yaşayan soydaşlarımızın qarşısında dayanan hədəf və vəzifələrə diqqəti cəlb edib, qalib Vətənimizin adının yüksək səviyyədə təmsil olunması naminə fədakar xidmətlər göstərən diasporumuza minnətdarlıq ifadə edib.
Ardınca komitənin və Azərbaycan diasporunun 2021-ci ildəki fəaliyyətini əks etdirən video hesabat təqdim olunub.
Tədbir iştirakçıları dünya azərbaycanlılarına daim həssas münasibət və qayğı göstərən dövlət başçımıza minnətdarlıqlarını bildirib, Müzəffər Ali Baş Komandanı 60 illik yubileyi münasibətilə təbrik edib, hər zaman Azərbaycanın və onun Ali siyasi rəhbərliyinin yanında olduqlarını bəyan ediblər.
Çıxış edənlər Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin qorunub saxlanmasına və dünyada təbliğ olunmasına mühüm töhfələr verən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya xüsusi təşəkkürlərini ifadə ediblər.
Azərbaycana dost münasibət bəsləyən xalaqların diaspor nümayəndələri, eləcə də müxtəlif xarici qonaqlar, o cümlədən litvalı hərbi jurnalist, Xocalı soyqırımının şahidi, “Sonsuz dəhliz” filminin iştirakçısı Riçard Lapaitis, Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kaniliyo, tanınmış siyasi şərhçi, jurnalist, "Tovuzdan Qarabağa" kitabının müəllifi Malik Ayyub Sumbal və başqaları çıxış edərək belə mühüm tədbirin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
“Bir olaq, həmrəy olaq!” konfransının iştirakçıları dövlətimizin diaspor siyasətini həyata keçirən DİDK-nın fəaliyyətini qiymətləndirdiklərini diqqətə çatdırıblar.
Tədbirdə Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfələrə, ölkəmizin beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında səmərəli fəaliyyətə görə “Diaspor fəaliyyətində xidmətə görə” medalı və təşəkkürnamələrlə təltif olunan bir qrup diaspor üzvünün adı açıqlanıb.
Soydaşlarımızın hazırladıqları müxtəlif musiqi nömrələrinin təqdim olunduğu bayram tədbiri Diaspor Marşının səsləndirilməsi ilə başa çatıb.
Dün, 15:08
Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək
Dün, 13:14
İranın Təhlükəsizlik Şurasında ABŞ ilə dolayı təmasların davam etdiyi bildirilib
Dün, 12:11
Naxçıvan Rəssamlar Birliyinə sədr seçilib
Dün, 11:40
Qəbələdə bir küçədə qaz təchizatı dayandırılıb
Dün, 10:50
Rusiya zərbələri nəticəsində Ukraynanın 3 vilayətində 1 nəfər ölüb, 25 nəfər yaralanıb
Dün, 10:10
Allahşükür Paşazadə: Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar
Dün, 09:18
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
Dün, 09:03
Prezidentin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib
Dün, 08:51
Azərbaycanda Qurban bayramı qeyd edilir
26-05-2026, 18:43
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
26-05-2026, 18:19
Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir
26-05-2026, 17:50
İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq
26-05-2026, 17:34
Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib
26-05-2026, 17:16
Prezident bir sıra məhkəmələrə sədr təyin edib
26-05-2026, 16:45
Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik
26-05-2026, 15:55
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
26-05-2026, 15:06
Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik
26-05-2026, 12:38
Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"
26-05-2026, 11:47
İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək
26-05-2026, 10:32
Türkiyədə bələdiyyə sədri saxlanılıb
26-05-2026, 09:38
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
26-05-2026, 09:03
Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb
25-05-2026, 17:53
Putin İlham Əliyevi təbrik etdi
25-05-2026, 16:58
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
25-05-2026, 16:13
Metronun hərəkət qrafiki dəyişdirilir
25-05-2026, 15:22
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub
25-05-2026, 13:09
Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik