AAYDA-da baş maliyyəçi kimə “quyu qazır?”- İDDİA
Gündəm / Cəmiyyət
Oxunub: 302
24 Ara 2021 | 11:05
AAYDA-da baş maliyyəçi kimə “quyu qazır?”- İDDİA

Son bir il ərzində əksər media qurumlarının səhifələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində vəzifə sahibi olan ayrı-ayrı şəxslərin qol qoyduqları qanunsuzluqlarla bağlı yayımlanan məqalələr, bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Düzdür, yayımlanan məqalələdə əsas hədəf Saleh Məmmədov götürülsə də, hal-hazırda bu qurumda Baş Maliyyə İdarəsinin rəisi vəzifəsini daşıyan Müseyib Həmzəyevin rolunu da heç cür unutmaq olmaz. Qeyd edək ki, bu şəxs 2006-2015-ci illər ərzində Azərbaycan Dəmir Yolları QSC-də mühasib vəzifəsini daşımış və söylənilənlərə görə, bu idarədə baş vermiş hər növ maliyyə pozuntularında xüsusi rola malik olmuşdur. Belə bir səbəblər üzündən də, Müseyib Həmzəyev gənc yaşlarında ikən mühasibatlıq sahəsində minbir fırıldaq əməllərinə qol qoymağın sirlərini mükəmməl mənimsəmiş və illər keçdikcə daha da təkmilləşmişdir. Bəli, bu gün o, ən böyük “maliyyə bossları”ndandan biri olaraq, yenə də öz ampulasındadır.

Bir xatırlamanı yada salmaq yerinə düşər ki, 2006-2015-ci illər ərzində Azərbaycan Dəmir Yollarında törədilən irimiqyaslı maliyyə pozuntuları, bu idarənin bütün sahələrini sanki xərcəng xəstəliyi kimi öz ağuşuna alır. Yəni, daha çox Yükdaşıma, Sərnişindşıma və Vaqon Təmiri Depertamentində belə bir hallar baş verir. Qeyd edək ki, həmin illərdə Müseyib Həmzəyev daşıdığı vəzifəsinin imkanlarından sui-istifadə edərək, hər bir Depertamentdə özünəməxsus korrupsiya sxemi işləyib hazırlayır və qol qoyduğu maxinasiyalarda, çox zaman ikili mühasibatlıq da həyata keçirməyə nail olur. Elə ki, Cavid Qurbanov Azərbaycan Dəmir Yolları QSC-ə rəis təyin olunur, o halda Müseyib Həmzəyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində maliyyə idarəsinin rəisi vəzifəsini ələ keçirə bilir. Söylənilənlərə görə bu şəxs yüksək səviyyəli biliyə malik olmasa da, indiyə kimi maliyyə maxinasiyalarında özünü tam şəkildə təsdiq etdirə bilib. Yəni, bu şəxs Agentliyə dair büdcə xərcləri ilə bağlı hesabatları rəhbərliyə özünə sərf edən qaydada çatdırmaqla, bir növ tabe olduğu qurum rəhbərinin ayaqları altından “quyu qazır”. O halda sual oluna bilər ki, görəsən Saleh Məmmədovu nə vadar edir ki, o, hələ də belə bir əməl və amal sahibi olan maliyyə maxinatorunu daşıdığı vəzifəsində saxlayır?

Media üzərindən apardığımız araşdırmalardan bəlli oldu ki, Müseyib Həmzəyev vəzifə sahibi olduğu dönəmlərdə dövlətdən təqribən 600-800 manat məbləğində əməkhaqqı alsa da, bu gün o, həddi-hüdudu bilinməyən həddə var-dövlətə sahibdir. Yəni, bu şəxsin şəhərin mərkəzində bir neçə bahalı mənzili, dəyəri yüz minlərlə hesablanan obyektləri var. Bu azmış kimi, Müseyib Həmzəyevin sahib olduğu bahalı nəqliyyat vasitələri, yəni dəyəri 100 mindən 300 min arasında dəyişən avtomobillərinin olması onu sübut edir ki, bu şəxs ən böyük “maliyyə bossları”ndandır. Tam əksəriyyətin iddiasına görə, Novxanı qəsəbəsində yerləşən və dəyəri təqribən 3 milyon manatdan baha olan “RESTTİME NOVXANI” restoranı da, məhz bu “maliyyə bossu”na məxsusdur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Baş Maliyyə İdarəsinin rəisi vəzifəsini daşıyan Müseyib Həmzəyevin, məhz bu restorandan əyləncə mərkəzi kimi istifadə etdiyi də söylənilir. Yəni, onun hər həftənin şənbə və bazar günləri bu restorana gəldiyi və əhatəsində olan şəxslərlə səhərdən axşamadək domino oynadığı bildirilir. İddialara görə bu şəxs hansı idarə müdirinə pul ayırırsa, o halda o, ayrılan pulların məbləğinə görə, hər idarə rəisindən “şapka alır”. Bütün bunlar da, aylar, illər keçdikcə Baş Maliyyə İdarəsi rəisinin fantastik həddə varlanmasına yollar açır.

Unutmaq olmaz ki, bu şəxs təkcə büdcə talançılığı ilə məşğul olmur, eyni zamanda o, ölkə rəhbəri İlham Əliyev cənablarının etdiyi çağırışlara da məhəl qoymur. Yəni, Prezident daim çağırış edir ki, məmurlar öz fəaliyyətlərində qanunsuzluğa, hərc-mərcliyə, korrupsiyaya qol qoymamalı, məhz şəffaf fəaliyyətlə məşğul olmalıdırlar. O halda sual oluna bilər ki, görəsən Müseyib Həmzəyev hansı işlərlə məşğul olur, ölkə rəhbərinin etdiyi çağırışlara əməl edirmi? Əlbəttə ki, yox! Çünki, bu şəxsin adı təkcə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində deyil, daha geniş ictimaiyyət arasında korrupsioner məmur olaraq hallanmaqdadır.

Yazıda adı çəkilən hər kəsi dinləyə bilərik. Mövzuya qayıdacağıq.

P.S. Hörmətli oxucular! Növbəti yazılarımızda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin, son illər sahib olduğu bahalı obyektləri, mənzilləri, nəqliyyat vasitələri və digər daşınan və daşınmaz əmlakları barədə hər kəsi məlumatlandırmağa çalışacağıq. Bizi izləyin.
Dün, 15:08
Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək
Dün, 13:14
İranın Təhlükəsizlik Şurasında ABŞ ilə dolayı təmasların davam etdiyi bildirilib
Dün, 12:11
Naxçıvan Rəssamlar Birliyinə sədr seçilib
Dün, 11:40
Qəbələdə bir küçədə qaz təchizatı dayandırılıb
Dün, 10:50
Rusiya zərbələri nəticəsində Ukraynanın 3 vilayətində 1 nəfər ölüb, 25 nəfər yaralanıb
Dün, 10:10
Allahşükür Paşazadə: Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar
Dün, 09:18
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
Dün, 09:03
Prezidentin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib
Dün, 08:51
Azərbaycanda Qurban bayramı qeyd edilir
26-05-2026, 18:43
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
26-05-2026, 18:19
Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir
26-05-2026, 17:50
İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq
26-05-2026, 17:34
Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib
26-05-2026, 17:16
Prezident bir sıra məhkəmələrə sədr təyin edib
26-05-2026, 16:45
Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik
26-05-2026, 15:55
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
26-05-2026, 15:06
Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik
26-05-2026, 12:38
Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"
26-05-2026, 11:47
İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək
26-05-2026, 10:32
Türkiyədə bələdiyyə sədri saxlanılıb
26-05-2026, 09:38
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
26-05-2026, 09:03
Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb
25-05-2026, 17:53
Putin İlham Əliyevi təbrik etdi
25-05-2026, 16:58
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
25-05-2026, 16:13
Metronun hərəkət qrafiki dəyişdirilir
25-05-2026, 15:22
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub
25-05-2026, 13:09
Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik