“Qızım intihar etməyib, onu öldürüb sonra asıblar”

Füzulidə 2 ayın gəlininin ölümü ilə bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılsa da, mərhumun atası hadisənin intihar olmadığını iddia edir
Vəkil Osman Kazımov: “Şəkillərdə izlərin özünü asmaya xarakterik olmadığı görünür”
“Qızımın ölümü ilə bağlı intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. Ancaq ekspert də, vəkil də deyir ki, onun bədənində xəsarət izləri var. O, fiziki təzyiqə məruz qaldıqdan sonra asılıb”. Bunu bizimyol.info saytına açıqlamasında Füzuli rayon sakini Valeh Şahverdiyev deyir. O bildirir ki, qızı 2 ay əvvəl ailə həyatı qurub və hərbçi həyat yoldaşı ilə Horadiz şəhərində yaşayıb. Afət Şahverdiyeva fevralın 8-də evdə asılmış vəziyyətdə tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Valeh Şahverdiyev isə bildirir ki, qızının özünü öldürməsinə inanmır və deyir ki, hadisə olan zaman Afətin həyat yoldaşı evdə olub: “Həyat yoldşı əslən Naxçıvandandır. Prokuror onu buraxıb ki, günahı yoxdur. Ancaq hadisə 15 dəqiqənin içərisində baş verib. Onlar birlikdə evə daxil olublar. Sonradan isə polisə zəng edilib ki, Afət özünü asıb. Mən evə daxil olanda prokuror da, polis rəisi də orada idi. Meyiti yerə uzatmışdılar və onun üzərində xəsarətlər var və meyitin başı üstündə durmurdu. Əri məni görən kimi qaçıb getdi. Prokurorluqda ondan izahat alıb buraxıblar. Prokuror deyir ki, hələlik əlimdə sübut yoxdur deyə, heç nə edə bilməz”.
Valeh Şahverdiyev deyir ki, hələlik ekspertizanın yekun rəyi yoxdur: “Beyləqanda ekpert məndəıən soruşdu ki, ər-arvad arasında münaqişə olubmu? Dedim ki, bilmirəm, olubsa da, bizə deməyib. Amma mən prokurora da, polis rəisinə də demişəm ki, qızımın özünü asma ehtimalı yoxdur. Afətin həyatından narazılığı olmayıb. Həmin gün də həyat yoldaşı ilə birlikdə banka gedib, gəliblər evə, 15 dəqiqə sonra bu hadisə baş verib. Meyitin şəkillərinə baxanda görünən izlər də onun özünü asmadığını deməyə əsas verir”.
Faktla bağlı açılmış cinayət işi üzrə zərərçəkmiş kimi tanınan ailənin vəkili Osman Kazımovdur. Osman Kazımov bildirib ki, yeni müqavilə bağlayıb və hazırda cinayət işi materialları ilə tanış olur. Osman Kazımov bildirir ki, ona meyitin şəkilləri təqdim olunub: “Şəkillərdə görünür ki, meyitin üzərində xəsarət izləri var. Boğulma da özünü asmaya xarakterik deyil. Çünki özünü asma zamanı yuxarı dartınma olur və ağırlıq aşağı düşür. İlgək yuxarıya doğru qalxır. Amma şəkillərdəki vəziyyət buna uyğun deyil. Hazırda iş ekspertizadadır və ekspertizanın yekun rəyinə əsasən dəqiq fikir söyləmək olar”.
Baş Prorkurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov Bizimyol.info saytına bildirib ki, dünyasını dəyişən şəxsin öldürülməsi ilə bağlı qohumlarında hər hansı şübhə və ya iddia varsa, bu barədə müvafiq rayon prokurorluğuna məlumat verməlidirlər.(Bizimyol.info)
Bugün, 16:00
Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub
Bugün, 14:52
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib
Bugün, 13:59
Sabah Azərbaycanda 36 dərəcə isti olacaq
Bugün, 12:37
Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib
Bugün, 11:49
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək
Bugün, 10:47
Xarkovda raket zərbəsi nəticəsində ölən azərbaycanlı tələbə Kürdəmirdə dəfn edilib
Dün, 22:35
Lamiyə Əliqızı: Polis Günü – Qanunun keşiyində dayananların peşə bayramı
Dün, 18:57
Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
Dün, 18:28
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
Dün, 17:33
Suriya və Livan arasında razılaşma imzalanıb
Dün, 16:53
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
Dün, 16:11
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək
Dün, 15:24
Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib
Dün, 14:54
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Dün, 13:11
AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
Dün, 12:33
KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var
Dün, 11:41
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib
Dün, 11:00
Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
Dün, 10:29
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib
Dün, 09:46
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
Dün, 09:25
Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb
Dün, 08:59
İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında
1-07-2026, 17:05
Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
1-07-2026, 16:34
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib
1-07-2026, 15:50
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad - ŞƏRH
1-07-2026, 15:18
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
1-07-2026, 14:48
"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib