Toyların azalmasına səbəb nədir? - ARAŞDIRMA
Toyların təşkilinə izacə verilməsinə baxmayaraq, keçirilən el şənliklərinin sayı pandemiyadan öncəki dövrdən çox aşağıdır.
Görəsən bu, nə ilə bağlıdır?
"Kaspi” qəzetinin əməkdaşı mövzu ilə bağlı maraqlı araşdırma aparıb. Həmin araşdırmanı sizə təqdim edirik:
Yadımdadır, çox yox, bundan iki il öncəyə qədər məhərrəmlik və matəm günləri istisna olmaqla, hər gün toy edənlərin sədasını eşidirdik. Ya toy korteji ilə rastlaşır, ya hansısa binadan gələn vağzalının əks-sədasını eşidir, ya da açıq məkanda fotosessiya etdirən bəy-gəlin görürdük. Hələ həftə sonları... Əgər həftə sonudursa, qadınlar üçün gözəllik salonlarında yer tapmaq müşkül məsələ idi. Ta ki, pandemiyaya qədər.
Toy səsinə həsrət idik...
Məlumdur ki, pandemiya səbəbindən bir ildən çox müddətdə toylar qadağan olunmuşdu. Toy səsinə həsrət idik. İyulun 1-dən qaydalara riayət etməklə kütləvi şənliklərə rəsmi şəkildə icazə verildi. Qonaqların sayının 50-150 nəfərdən çox olmaması, yaşı 18-dən yuxarı olanlardan COVID-19 pasportu tələb edilməsi, masalar arasında məsafənin qorunması tələbi ilə toyların keçirilməsinə icazə verildi. Karantin qaydalarının yumşaldılmasından sonra, sözün əsl mənasında toy-toya qarışdı. Toy etmək üçün aylardır gözləyənlər şadlıq evlərinə axın etdilər. Məhz həmin günlər şadlıq sarayları, restoranlarda yer tapmaq mümkün deyildi. Hər kəs 1 ildən çoxdur ki, gözlədiyi toy həsrətinə qovuşmağa can atır, pandemiya dövründə evlənənlər, övlad sahibi olanlar belə yenidən toy edirdilər. O qədər çox toy olurdu ki, sosial şəbəkələrdə gün ərzində 4-5 toya çağırılanlar narazılıq edirdilər.
"Toysuzluğa öyrəşdik, yoxsa...”
İndi isə "sanki qurbağa gölünə daş atılıb” misalını gətirsək, yanılmarıq. Nə toy var, nə karvanı... 1 il öncəsinə qədər toylarla bağlı qadağanın götürülməsini həsrətlə gözləyən əhali indi, demək olar ki, toy etmir. Səbəb nədir? Toysuzluğa öyrəşdik, yoxsa evlənmək istəyən yoxdur?
Virusdan qorxurlar?
Şəhərin məşhur şadlıq məkanları ilə əlaqə saxladıq. Demək olar ki, əksəriyyəti sifariş gözləyir. Deyirlər ki, yay ayları ilə müqayisədə toy sifarişləri 70 faiz azalıb. Əvvəllər toy etmək üçün 6 ay öncədən müraciət etməli olduğumuz məşhur restoranlardan birində noyabr ayında cəmi 2 toy var. Restoran sahibləri məhərrəmlikdən sonra canlanma gözləsələr də, vəziyyət istənilən kimi olmayıb. Adının açıqlanmasını istəməyən restoran işçisi deyir ki, insanların əksəriyyəti virusdan qorxduğu üçün toy etmək istəmir: "2019-cu ildə bizim restoranın boş günü olmurdu. Heç məhərrəmlikdə də belə boşluq yox idi. İnsanlar virusdan qorxduğu üçün yumşalmaların olmasını gözləyirlər. Çünki 150 nəfərlə heç kim toy etmək istəmir. Bu, nə restorana sərf edir, nə də toy yiyəsinə”.
Bu toyları edənlər o insanlar idi ki...
İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, məhdud sayda qonaqların iştirakına icazə verildikdən sonra məhz koronovirus səbəbindən toyları təxirə düşənlər məcburiyyət qarşısında toy etdilər: "Koronavirusla bağlı qadağalar yumşaldıqdan sonra 150 nəfərlik toylara icazə verildi. Bu toyları edənlər o insanlar idi ki, onların buna son dərəcə ehtiyacları var idi. Ya ailələr hansısa formada problem yaşayıb, toyu etmək məcburiyyətində qalırdılar, ya da pandemiyadan əvvəl bütün hazırlıq işləri görüldüyü üçün buna məcbur olurdular. İcazə verilən kimi dərhal bu fürsətdən istifadə etdilər və həmin vaxt toy bumu yaşandı”.
"150 nəfərlik limitlə bu, mümkün deyil”
Ekspert vurğulayır ki, hazırda toylar arasında müəyyən qədər fasilələrin yaranmasının əsas səbəbi maliyyə məsələləri ilə bağlıdır: "Toylarda dəyişən və ümumi xərclər var. Dəyişən xərclər dəvət edilmiş qonaqlara çəkilən xərclərdir. Adətən ortabab restoranlarda bir adama 35-50-65 manat pul hesablanır. Bu, dəyişən xərclərdir. Məsələn, 100 nəfəri toya dəvət edib 65 manatdan hesablasaq, 6500 manat, 150 nəfərə isə 9000 manat xərclənir. Bununla paralel, ümumi xərclər var ki, bura qızıl, gəlin maşını, paltar xərcləri və s. daxildir. Buna da ən az indiki reallıqla 9-10 min manat pul xərclənir. 150 nəfərlik toy edən şəxsin ümumilikdə 19 min manat xərci çıxır. Toy yiyəsinə gəliri qonaqların sayı gətirir. Say az olduqda daha açıq desək,150 nəfərdən 19-20 min pul toplamaq mümkün deyilsə, toy etmir. O insanlar toy edir ki, topladığı gəlir onlar üçün göstərici deyil. Çox vəsait xərcləməklə toy etməyə razıdırlar. Yetər ki, toyları olsun. Onlar gəlir götürmək düşüncəsində deyillər. Amma bilirik ki, bizim cəmiyyətdə insanların böyük əksəriyyəti, heç olmasa çəkdikləri xərcin, sərf etdikləri vəsaitin toyda yığılmasını arzulayır, buna çalışırlar. 150 nəfərlik limitlə bu, mümkün deyil. Burada ancaq ziyana gedirsən”.
"İnsanlar nə vaxt 300-500 nəfər qonaq çağıra bilsə...”
Həmsöhbətimizin sözlərinə görə, insanlar nə vaxt 300-500 nəfər qonaq çağıra bilsə, o zaman toy, çal-çağır səsini də çox eşidəcəyik: "İnsanlar 150 nəfərlə toy etmək istəmirlər. Onlar gözləmə mövqeyindədirlər. Nə zaman 300-500 nəfər çağıra bilsələr, onda toy edəcəklər ki, çəkdikləri xərci çıxara bilsinlər. Kökdə duran məsələ budur. Hazırda toyu o insanlar edir ki, maddi vəziyyətləri normaldır, xərcə düşməkdən qorxmurlar, xərc olsa belə, elə bir zərurət yaranıb ki, bu ailənin qurulması mütləqdir, hər hansı digər səbəblərdən dolayı nikah baş tutmalıdır. Bu say da çox azdır. Məcburiyyət qarşısında olanlar artıq yay aylarında arzularına çatdılar. İndi isə hər kəs gözləyir. Ona görə də, toyların kəskin səngidiyini müşahidə edirik”.
Bugün, 14:52
İlham Əliyev Xankəndidə Zəfər tağının önünə gül dəstələri düzüb
Bugün, 14:02
Prezident Şuşaya getdi - Fotolar
Bugün, 12:42
İlham Əliyev Efiopiyanın milli bayramı münasibətilə Abiy Əhməd Əlini təbrik edib
Bugün, 10:15
Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım edib
Bugün, 10:04
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edilib
Bugün, 09:49
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
Dün, 15:08
Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək
Dün, 13:14
İranın Təhlükəsizlik Şurasında ABŞ ilə dolayı təmasların davam etdiyi bildirilib
Dün, 12:11
Naxçıvan Rəssamlar Birliyinə sədr seçilib
Dün, 11:40
Qəbələdə bir küçədə qaz təchizatı dayandırılıb
Dün, 10:50
Rusiya zərbələri nəticəsində Ukraynanın 3 vilayətində 1 nəfər ölüb, 25 nəfər yaralanıb
Dün, 10:10
Allahşükür Paşazadə: Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar
Dün, 09:18
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
Dün, 09:03
Prezidentin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib
Dün, 08:51
Azərbaycanda Qurban bayramı qeyd edilir
26-05-2026, 18:43
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
26-05-2026, 18:19
Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir
26-05-2026, 17:50
İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq
26-05-2026, 17:34
Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib
26-05-2026, 17:16
Prezident bir sıra məhkəmələrə sədr təyin edib
26-05-2026, 16:45
Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik
26-05-2026, 15:55
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
26-05-2026, 15:06
Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik
26-05-2026, 12:38
Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"
26-05-2026, 11:47
İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək
26-05-2026, 10:32
Türkiyədə bələdiyyə sədri saxlanılıb
26-05-2026, 09:38
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
