“Yol polisi onu çəkdiyim üçün məni döydü” - Video
Sumqayıt şəhər sakini Ramin Xanalıyev YPX əməkdaşı oxu saxladığı zaman telefonla çəkiliş etdiyi üçün yol polisi tərəfindən döyüldüyünü iddia edir.
“Qafqazinfo”ya müraciət edən R.Xanalıyevin sözlərinə görə, yaşadığı Sumqayıt şəhərində son aylarda dəfələrlə əsassız yerə saxlanılıb.
Vətəndaş deyir ki, artıq bu, ənənə halını alıb: “Yol polisləri məni ailəmlə harasa gedəndə belə saxlayıb qanundankənar formada sorğu-sual edirlər. Sonuncu dəfə noyabrın 6-da Sumqayıtın əşya bazarı adlanan hissəsində “Mazda SX-8” markalı 50 BO 555 nömrəli avtomobili idarə edəndə yenə yol polisləri məni saxladılar. Elçin adlı əməkdaş mənə yaxınlaşıb qeyri-prosessual olaraq “səni hardansa tanıyıram” dedi, daha sonra mənim özlərinin xidməti avtomobilində oturmağımı tələb etdi. Mən də bu tələbin qanunsuz olduğunu deyərək onların maşınına keçmədim. Bir neçə dəqiqə sonra polis zabiti təkrar mənə yaxınlaşaraq özünün əslən Qubadlı rayonundan olmasını dedi və mənim haradan olmağım barədə sual verdi. Mən ondan qeyri-prosessual hərəkətlərə yol verməməsini xahiş etdim.
Bundan sonra o, səndələmə, aşma, nitq qabiliyyətimi itirmə, spirt qoxusu və s. əlamətlər olmadığı halda, məni sərxoşluğun müayinə olunması üçün tibbi müəssisəsinə aparacağını dedi. Mən də artıq polis əməkdaşlarının qanunsuz əməllərindən, özbaşınalığından təngə gəlib bu halı videoya qeyd etmək üçün telefonumla çəkilişə başladım.
Bu vaxt YPX-nin Elçin adlı əməkdaşı gəlib mənim maşınımda öndə oturdu və telefonda olan videonu silməyimi tələb etdi. Mən silməyəcəyimi deyəndə boyun və baş nahiyəmə zərbələr endirərək məni döyməyə başladı. Telefonumu zor gücü ilə əlimdən almağa çalışırdı. Bu qarşıdurmadan sonra mən əsəbiləşərək onlara israrla tibbi müayinədən keçmək istədiyimi dedim, amma yol polisləri xidməti maşınlarına minib ərazidən uzaqlaşdılar”.
R.Xanaliyevin sözlərinə görə, bundan sonra təcili tibbi yardıma müraciət edib və ona sağ boynun yumşaq toxumlarının əziyi və birincili essensial hipertenziya diaqnozu qoyulub: “Sumqayıt Şəhər Yol Polisi Şöbəsinin əməkdaşları vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məni döyüb xəsarət yetiriblər. Eyni zamanda, mənə maddi və mənəvi zərər vurublar. Hadisə ilə bağlı Sumayıt Şəhər Prokurorluğuna müraciət edərək faktla bağlı yoxlama aparılmaqla prosessual qərar qəbul edilməsini xahiş etmişəm. Eyni zamanda, polis zabitlərinin Sumqayıt şəhərində dövlət idarələri ilə yaxın münasibətləri olması və qərara təsir edə biləcəklərini nəzərə alaraq, Bakı şəhərində məhkəmə-tibb ekspertizasından keçirilməyimi xahiş etmişəm”.
Baş Prokurorluqdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Bugün, 14:52
İlham Əliyev Xankəndidə Zəfər tağının önünə gül dəstələri düzüb
Bugün, 14:02
Prezident Şuşaya getdi - Fotolar
Bugün, 12:42
İlham Əliyev Efiopiyanın milli bayramı münasibətilə Abiy Əhməd Əlini təbrik edib
Bugün, 10:15
Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım edib
Bugün, 10:04
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edilib
Bugün, 09:49
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
Dün, 15:08
Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək
Dün, 13:14
İranın Təhlükəsizlik Şurasında ABŞ ilə dolayı təmasların davam etdiyi bildirilib
Dün, 12:11
Naxçıvan Rəssamlar Birliyinə sədr seçilib
Dün, 11:40
Qəbələdə bir küçədə qaz təchizatı dayandırılıb
Dün, 10:50
Rusiya zərbələri nəticəsində Ukraynanın 3 vilayətində 1 nəfər ölüb, 25 nəfər yaralanıb
Dün, 10:10
Allahşükür Paşazadə: Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar
Dün, 09:18
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
Dün, 09:03
Prezidentin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib
Dün, 08:51
Azərbaycanda Qurban bayramı qeyd edilir
26-05-2026, 18:43
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
26-05-2026, 18:19
Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir
26-05-2026, 17:50
İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq
26-05-2026, 17:34
Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib
26-05-2026, 17:16
Prezident bir sıra məhkəmələrə sədr təyin edib
26-05-2026, 16:45
Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik
26-05-2026, 15:55
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
26-05-2026, 15:06
Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik
26-05-2026, 12:38
Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"
26-05-2026, 11:47
İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək
26-05-2026, 10:32
Türkiyədə bələdiyyə sədri saxlanılıb
26-05-2026, 09:38
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
