Nazirlikdən sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavab

"Təkcə son bir ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil, ümumilikdə isə 6 654 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilmiş və cari ildə azı 800 mənzilin verilməsi nəzərdə tutulub. Eyni zamanda müharibə əlillərinə 265 ədəd, ümumilikdə isə 6 144 avtomobil təqdim edilmişdir. Dövlət başçısının müvafiq Fərmanları ilə 12 268 şəhidin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulan və onlardan artıq 3 758 şəhid üzrə 5 144 vərəsəyə həmin ödənişlər həyata keçirilib". Sonxeber.az xəbər verir ki, bu fikirlər son günlər sosial şəbəkələrdə müharibə veteranlarına sosial müavinətlərin verilməsində ədalətsiz yanaşmanın mövcudluğu barədə səslənən əsassız fikirlərə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi açıqlamasında əksini tapıb.
Məlumatda daha sonra bildirilir ki, müharibə əlilləri və şəhid ailələri pensiya və ya sosial müavinətlə bərabər, Prezidentin aylıq təqaüdləri ilə də təmin olunmaqdadırlar: "Ötən dövrdə bu sosial ödənişlərin məbləği mütəmadi olaraq artırılıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 30 yanvar tarixli bu sahədə olan son Fərmanı ilə şəhid ailəsi üçün Prezidentin təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 300 manat məbləğinə çatdırılıb.
Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş insanlar, bu döyüşlərdə şəhid olanların ailələri, müharibə əlilləri digər sahələrdə də dövlətin daimi qayğısı ilə təmin olunurlar. Eyni zamanda, cari ildə əmək haqları və pensiyaların əhəmiyyətli şəkildə artırılması üçün müvafiq sənədlərin imzalanması da sosial sahəyə Dövlətin və Dövlət Başçısının xüsusi qayğısının əyani təzahürüdür.
Bununla belə, dəfələrlə bu istiqamətdə məlumat və izahat verilməsinə baxmayaraq son günlər sosial şəbəkələrdə və ayrı-ayrı media orqanlarda yuxarıda sadalanan görülmüş işlərə kölgə salınaraq, guya müharibə veteranlarına ədalətsiz yanaşmanın mövcud olduğu barədə cəmiyyətdə yanlış rəy yaratmağa yönələn fikirlər səslənməkdədir.
Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına əsasən, aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə bəzi kateqoriya vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlər müvafiq müavinətlərlə əvəz edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında" 2005-ci il 11 iyul tarixli 257 nömrəli Fərmanına əsasən, əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müavinət təyin edilib. Onu da bildiririk ki, hal-hazırda müavinətin məbləği 55 manat təşkil etməklə 52 000 nəfər şəxsə aylıq əsaslarla "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli 1.1.7-ci yarımbəndinə uyğun olaraq ödənilməkdədir.
2007-ci il 22 yanvar tarixli 514 nömrəli "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanın 3-cü bəndində 2001-ci il 26 dekabr tarixli Fərmanın 1-ci bəndinin 6-cı abzası qüvvədən düşmüş hesab edilib.
2006-cı ilin yanvar ayının 1-dən qüvvəyə minmiş "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununun 7.0.6-cı maddəsinə əsasən, kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası almaq hüququ olmadıqda təyin olunur.
Hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 19.1.6-cı maddəsinə əsasən, döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların əmək pensiyasının sığorta hissəsinə 11 manat məbləğində əlavə nəzərdə tutulub".
Nazirliyin açıqlamasında daha sonra bildirilir ki, son zamanlar ölkənin sosial-iqtisadi inkişaf imkanlarına uyğun olaraq bu sahədə qanunvericilik ciddi şəkildə təhlil olunaraq, sosial müavinətlərin unifikasiyası və təkmilləşdirilməsi yönündə müvafiq işlər görülüb: "Bu prosesin davam etdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi üzrə islahatların aparılması qarşıdakı dövrdə də nəzərdə tutulub. Son olaraq, vətənpərvərliyini, dövlətçiliyə sadiqliyini keçdikləri həyat yolu ilə sübut etmiş Qarabağ müharibəsi veteranlarını, əsassız iddialar üzərində hökumətə qarşı mənfi fikirlərə kökləyən, açıq şəkildə etiraza təhrik edən bəzi şəxslərə bu cəhdlərindən uzaq olmağı, dövlət qurumlarına qarşı qeyri-etik davranışlardan çəkinməyi tövsiyə edir, ölkə rəhbərinin başçılığı altında Hökümətin gördüyü işlərə kölgə salmağın, eyni zamanda vətənə sevginin təkcə maddi meyarlarla ölçülməsinin yol verilməz olduğunu onların diqqətinə çatdırırıq".
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı