"Space" televiziyasının işçiləri 5 aydır maaşlarını ala bilmir – Televiziya günündə biabırçılıq

"Space" televiziyasının işçiləri maaşlarını ala bilmədiklərinə görə bütün çəkilişləri dayandırıblar. Onlar Dövlət Əmək Müfəttişliyinə gedəcəklərini bildiriblər.
xeber.info bizimyol.info-ya istinadən xəbər verir ki, bu gün 14 Fevral televiziya işçilərinin bayramı günündə "Space" televiziyasının işçiləri Dövlət Əmək Müfəttişliyinə getmək barədə razılığa gəliblər. Onlar aylardır ala bilmədikləri maaşlarını televiziyanın bayramı günündə almaq istəsə də, kanalın rəhbəri Vaqif Mustafayev onları qəbul etməyib və onlara gözləməyi, yaxın vaxtlarda maaşlarının bir hissəsinin veriləcəyini deyib. Lakin aylardır yalan vədlərə inanmayan işçilər bu dəfə kanal prezidentinə günün sonuna kimi maaşlarının verilmədiyi təqdirdə onu əmək müvəttişliyinə şikayət edəcəklərini bildirib. Hazırda kanalın işçiləri bütün çəkilişləri dayandırıblar.
Saytımıza məlumat verən kanal işçisi bildirib ki, axırıncı dəfə sentyabr ayında maaş alıblar: "Biz maaşlarımızı tələb edirik. Bu gün televiziya işçilərinin bayramı günüdür. Axırıncı dəfə maaşlarımızı sentyabr ayında almışıq. Belə biabırçılıq olmaz. Biz bu bayram günündə ailəmizə nə deyək.? Kanal rəhbərliyi isə pul yoxluğunu hiss etmir…Bu necə olur. Əgər maaşlarımız bu gün verilməsə, biz Dövlət Əmək Müfəttişliyinin qarşısında toplaşacağıq. Fikirlərimizi, şikayətimizi bildirəcəyik."
Deyilənlər haqda açıqlama almaq istəsək də nə kanalın prezidenti Vaqif Mustafayev, nə də vitse prezident Kamil Şahverdiyev telefonlarımıza cavab vermədi.
Qeyd edək ki, bu, "Space" televiziyasının rəhbərliyi haqda ilk şikayət deyil, kanal işçiləri neçə müddətdir maaşlarını ala bilmədiklərini, kanalın idarəçiliyində problemlərin olduğunu, ayrı-seçkiliyin olduğunu, kanalın günü-gündən məhv olduğunu bildiriblər.
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı