DTX-dən ƏMƏLİYYAT - HƏBS EDİLƏNLƏR VAR
Gündəm / Hadisə
Oxunub: 315
8 Eyl 2021 | 11:09
DTX-dən ƏMƏLİYYAT - HƏBS EDİLƏNLƏR VAR

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində xarici dövlətin ərazisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak edən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunub.

xeber.info DTX-nin saytına istinadən xəbər verir ki, istintaqla Azərbaycan Respublikasının vətəndaşları - 1980-ci il təvəllüdlü Cumayev Mənsur Məmmədəli oğlunun və 1971-ci il təvəllüdlü Cahangirov Nəsir Qaçay oğlunun ölkə hüdudlarından kənarda, getdikləri dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyən edilib.

Aparılmış araşdırmalara əsasən məlum olmuşdur ki, Mənsur Cumayev və Nəsir Cahangirov qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ildə ölkəni tərk edərək qeyri-leqal yolla xarici dövlətin ərazisinə keçməklə orada fəaliyyət göstərən “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olmuş və həmin silahlı qruplaşmanın tərkibində döyüş təlimlərində və əməliyyatlarında iştirak etmişlər.


Faktla bağlı Mənsur Cumayev və Nəsir Cahangirov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmuş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Adları qeyd olunan şəxslər istintaq zamanı törətdikləri cinayət əməlini etiraf etmiş və səmimi peşmançılıq hissi keçirdiklərini bildirmişlər.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bugün, 12:35
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
Bugün, 11:23
Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb
Bugün, 10:48
ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib
Bugün, 09:41
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Bugün, 09:16
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Bugün, 08:58
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
Dün, 17:45
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Dün, 17:14
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Dün, 16:45
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib
Dün, 16:25
“İntellektual gömrük” informasiya sistemi yaradılıb
Dün, 12:52
TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb
Dün, 12:32
Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb
Dün, 11:48
İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB
Dün, 11:09
Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib
Dün, 10:33
600 bal toplayanların ən çoxu I qrupdadır
Dün, 09:51
Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb
Dün, 09:07
Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib
24-06-2026, 17:51
Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb
24-06-2026, 17:17
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib
24-06-2026, 16:47
Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib
24-06-2026, 16:17
İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq
24-06-2026, 15:56
Neftçalada DOST filialının açılışı olub
24-06-2026, 15:33
Nazim Sadıxov: "Braziliyalı rəqibimin zəif və güclü tərəflərini təhlil etmişəm"
24-06-2026, 15:02
İlham Əliyev Numan Kurtulmuşu qəbul edib
24-06-2026, 13:26
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
24-06-2026, 13:08
Sabah Bakıda və rayonlarda yağış yağacaq
24-06-2026, 12:40
Türkiyəyə köçən xarici vətəndaşlar - Azərbaycanlılar da siyahıdadır