Enerji içkiləri bazarında haqsız rəqabət halları ilə əlaqədar qərarlar qəbul edilib
Gündəm / İqtisadiyyat
Oxunub: 287
31 Ağu 2021 | 12:23
Enerji içkiləri bazarında haqsız rəqabət halları ilə əlaqədar qərarlar qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən enerji içkiləri bazarında fəaliyyət göstərən sahibkarlıq subyektləri barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işlərə dair yekun qərarlar qəbul edilib.

xeber.info xəbər verir ki, işlərə baxılması zamanı “AVRORA” MMC-nin “BİZON energy”, “BERG ENERGY” MMC-nin eyni adlı məhsulu, “A+CO” ASC-nin “FULL energy”, “NPG Azərbaycan” MMC-nin “PIT BULL” adlı alkoqolsuz içkilərin markalanmasında həmin məhsulların enerji içkisi olması təəssüratlarının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatlar təqdim etməklə haqsız rəqabətə yol verildiyi müəyyən olunub. Bununla yanaşı, “PIT BULL” alkoqolsuz içkisinin qablaşdırılmasında "Veysəloğlu" MMC-nin adından qanunsuz istifadə halları aşkarlanıb. Qərarlara əsasən, “BERG ENERGY” MMC, “AVRORA” MMC, “A+CO” ASC və “NPG Azərbaycan” MMC-lərə qarşı müvafiq məsuliyyət tədbirləri barədə qərarlar qəbul edilərək pozuntuların aradan qaldırması barədə göstərişlər verilib.

Qeyd edək ki, bir neçə alkoqolsuz içkinin tərkibi ilə əlaqədar laborator müayinələrin nəticələri Dövlət Xidməti tərəfindən bütövlükdə enerji içkiləri bazarında haqsız rəqabət hallarına dair geniş araşdırmalara səbəb oldu.

Məlumat üçün bildirək ki, “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və (və ya) antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.

İstehlakçıları çaşdırmaqla bazarda haqsız rəqabətə yol verilməsi hallarının qarşısının alınması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kompleks tədbirləri davam etdirir.
Dün, 18:33
Hacıqabuldakı yanğın söndürülüb
Dün, 17:59
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
Dün, 17:28
Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
Dün, 16:57
Ceyhun Bayramov Hakan Fidan və Maka Boçorişvilini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
Dün, 16:07
İran İsrailə zərbələri dayandırıb
Dün, 14:01
Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib
Dün, 12:47
İsrail ordusu İrana qarşı genişmiqyaslı hava zərbələrini başa çatdırıb, strateji müdafiə sistemləri məhv edilib
Dün, 12:11
Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən üçün test imtahanı keçiriləcək
Dün, 11:21
Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edəcək
Dün, 10:44
Tbilisidə 500-ə yaxın Azərbaycan vətəndaşına Səyyar "ASAN xidmət" göstərilib
Dün, 10:04
Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
Dün, 09:36
Ceyhun Bayramov İstanbula səfər edib
Dün, 08:43
KİV: ABŞ İsrailə Beyruta zərbə endirmək üçün razılıq verməyib
6-06-2026, 16:29
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
6-06-2026, 15:58
Bəhreyn XİN İranın hücumları barədə: Təhlükəsizlik raketlər və PUA-larla əldə edilmir
6-06-2026, 12:56
Bazar gününün havası açıqlanıb
6-06-2026, 11:56
Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
6-06-2026, 11:32
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib
6-06-2026, 10:58
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
6-06-2026, 08:57
BİZİM TƏQVİM:6 iyunda baş vermiş tarixi hadisələr
6-06-2026, 08:32
Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb
5-06-2026, 18:13
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
5-06-2026, 17:29
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
5-06-2026, 16:38
Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
5-06-2026, 16:14
Bakıda TDT mərkəzi banklarının Şurasının toplantısı olub, tədbirə ev sahibliyi Türkiyəyə ötürülüb
5-06-2026, 15:48
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM
5-06-2026, 15:18
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib