Sosial şəbəkə istifadəçilərinin nəzərinə! - Həbs edilə bilərsiniz – VİDEO
Gündəm / Sosial
Oxunub: 754
8 Şub 2019 | 16:51
Sosial şəbəkə istifadəçilərinin nəzərinə! - Həbs edilə bilərsiniz – VİDEO
Şəxsi profilində bir şəkil paylaşıb dostlarınla vaxtını dəyərləndirmək istəyirsən ki, paylaşdığın şəklin saxta bir profil tərəfindən də paylaşıldığını görürsən. Bəs, belə hallarla bağlı nəzarət və qadağa varmı?

ARB TV-nin "Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Sakin: "Kiminsə şəxsi şəklini, yaxud da şəxsi məlumatalarını paylaşmaq ümumiyyətlə cinayət faktıdır”.

Sakin: "Düzgün bir hərəkət deyil başqasının şəklindən istifadə etmək, ailələr dağıla bilər”.

Sakin: "Əxlaqsızlıqdır, tərbiyəsizlikdir. Mən belə başa düşürəm”.

Elmir Əkbər – Psixoterapevt: "Bizdə insanlarda hələ də sosial şəbəkələrdə, internetdə davranış mədəniyyəti formalaşmayıb. Məxfiliyə və ya konfidensiallığa hörmətlə yanaşmırlar. Şəkil idi paylaşmışdı, gizli deyildi. Elə bilirlər ki, kimsə öz səhifəsində paylaşdığı şəkil artıq hamıya məxsusdur, kim istəsə ondan yararlana bilər. Bu qətiyyən belə deyil”.

Zəminə Səfərova – Sosioloq: "İşsiz-bekar insanlardır oturublar evdə heç bir işlə məşğul deyillər. İctimaiyyətin də qınağı lazımdır ki, birdəfəlik bu yoldan əl çəksinlər”.

Bir zamanlar bu məsələlərə qeyri-ciddi baxılsa da artıq saxta profillərdən paylaşılan şəkillər məsələsi qanunda da öz əksini tapır. Cinayət Məcəlləsinə edilən sonuncu dəyişiklikdən sonra bu əməl artıq cinayət hesab olunur.

Gülnar Quluzadə – Vəkil: "İnternet istifadə vasitələrindən istifadə edərək, saxta profil yaratmaq cinayət məcəlləsinə əsasən cinayət sayılır və cəza olaraq 1000 manatdan 2000 manata qədər cərimə, 360 saatdan 460 saatadək ictimai işlər, 2 ilədək isalh işləri və 1 il müddətində azaldıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxs cəzasını alsa da, bundan əlavə həmin maddənin əsasını təşkil edən ki, əgər şəxs özünü təhqir olunmuş hesab edir, bu halda mülki iddia qaldırıraq ona dəymiş mənəvi ziyanı da tələb edə bilər”.

Bir çoxları bunu pis bir hal kimi dəyərləndirməsələr də, heç nə əsas vermir ki, kiminsə icazəsi olmadan onu fotosunu paylaşasan.

Elmir Əkbər – Psixoterapevt: "Bəziləri bunu tamamilə məlumatsızlıqdan, heç bir pis niyyəti olmadan edir. Loru dildə desək manyak təfəkkürdə insanlar da var. Paronoyal şəxsiyyət pozuntusu olan insanlardır. Onlar kimisə hədəfə götürürlərsə qurtardı, o insanın ömrünü-gününü zəhərə çevirirlər”.

Zəminə Səfərova – Sosioloq: "Yaxşı olardı ki, sosial şəbəkələrdə bizim milli-mənəvi dəyərlərimizi təbliğ etsinlər ki, tərbiyəvi əhəmiyyəti olsun gənclərimiz üçün. Artıq insanlar dərk etsinlər ki, belə yollara əl atmasınlar, bilsinlər ki artıq bunlar nəzarətdədir. Və hər bir şəx istəsə o adamı məhkəmə yolu ilə tapa bilər”.

İnternetdən, sosial şəbəkələrdən düzgün istifadə edərsək, nə qanuna ehtiyac olar, nə də məhkəməyə. Necə deyərlər insanın ən böyük məhkəməsi elə onun vicdanıdır.

Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı