Bayden “erməni soyqırımı”nı qəbul edə bilərmi? – TƏHLİL
Gündəm / Dünya
Oxunub: 285
17 Nis 2021 | 13:21
Bayden “erməni soyqırımı”nı qəbul edə bilərmi? – TƏHLİL

ABŞ-ın 46-cı Prezidenti Co Bayden administrasiyasının tarixi faktlara əsaslanmayan, xəstə təxəyyülün məhsulu olan qondarma erməni soyqırımını tanıyacağı barədə xəbərlər tünd rənglərlə dövriyyədədir.

Türkiyə dəfələrlə arxivlərin açılmasını, siyasi məqsədlərdən uzaq olaraq tarixçilərin həmin arxivləri incələməsini təklif etməsinə baxmayaraq, Ermənistan bundan boyun qaçırıb.

Burada uydurma soyqırımı yalanları barədə tarixə baş vurmaq, rəqəmlər sadalamaq niyyətimiz yoxdur.

“Soyqırımı faktı”nın Ağ Ev tərəfindən tanınması və ya bu istəkdə olması Türkiyəyə siyasi təzyiq alətlərinin işə salınmasıdır.

Zamanla Vaşinqtonla Ankara arasında gərginlik artır, bu əvvəlki illərdə də müşahidə edilən adi tendensiyaya çevrilib. Vaşinqtonun Türkiyəyə qarşı addımlarında siyasi qısqanclıq elementlərini müşahidə etmək elə də çətin deyil. Xüsusilə Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasından sonra Ağ Ev sanksiyalarla diktəedici mövqeyini gücləndirməyə çalışıb, lakin bu, Ağ Ev üçün effektiv nəticələrə gətirib çıxarmayıb.

İndi Vaşinqton Türkiyə əleyhinə addımlardakı miqyası genişləndirmək niyyətlərini ifadə edir, əlini “soyqırımı” amili ilə gücləndirməyə çalışır, bu isə ABŞ-ın siyasi və milli maraqları üçün böyük risklərlə doludur.

Ağ Ev üçün risklər

Ağ Ev administrasiyasının indi tarixə “ekskurs” etməsinin arxasında Türkiyəyə qarşı siyasi təzyiqləri gücləndirmək niyyətləri dayanır və yəqin ki, həmin risklər də nəzərə alınır. Bununla belə risklərin qarşısının alınması üçün nəzəri tezislərin təcrübədə özünü doğruldacağı sual altındadır.

“Soyqırımı faktı” tanınsa, ABŞ-ın Türkiyə ilə münasibətlərində yeni ləkələr əmələ gələcək ki, bundan Türkiyədən çox, Ağ Ev itirəcək. Nəzərə almaq lazımdır ki, ABŞ-Rusiya münasibətlərində hazırda yaranan əlverişsiz vəziyyətdə Türkiyəyə qarşı gediş edilməsi NATO-da problemlər yarada bilər.

Belə ki, NATO-nun Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqda özünün bu regionda möhkəmlənməsi üçün münbit məkan təqdim edilir. Türkiyə Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsindən sonra Cənubi Qafqazdakı proseslərdə iştirakını sürətləndirib. Ən azından Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində atəşkəsə nəzarət mexanizmini həyata keçirir.

Türkiyənin postmüharibə dövründə özü üçün yeni coğrafiyada mövqelərini gücləndirməsi dolayı ilə NATO-nun xeyrinədir. Türkiyə NATO-da ən böyük orduya sahib ölkələrin önündə gedir və birbaşa təsir rıçaqlarına yiyələnməsi elə NATO-ya da, ABŞ-a da sərf edir.



Türkiyənin iştirakı həm də ABŞ maraqlarına uyğundur, Rusiyanın təsirini neytrallaşdırır. Çünki ABŞ üçün Cənubi Qafqaz Rusiyaya qarşı əlavə cəbhə baxımından mühüm platformadır. İndi ABŞ “soyqırımını” qəbul edərsə, Türkiyə regionda ABŞ-ın maraqlarına zidd addımlar atar və Rusiya ilə əməkdaşlığın dərinləşməsinə hədəflənən siyasi kurs yürüdər.

Azərbaycanla münasibətləri pisləşdirmək?

İkinci bir amil isə Azərbaycanla əlaqədardır. Axı “soyqırımı” həm də Azərbaycana qarşı təzyiq mexanizmidir – birbaşa və ya dolayı, fərqi yoxdur.

Halbuki ABŞ Azərbaycanla da əməkdaşlığın dərinləşməsində maraqlıdır, ona görə ki, Bakı Avropada enerji layihələrinin şaxələndirilməsində mühüm çəkiyə malikdir. Elə Ağ Ev özü də dəfələrlə Cənub Qaz Dəhlizinə dəstəyini ifadə edib və Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi perspektivlərini gündəliyə gətirib.

ABŞ Azərbaycanın iqtisadi əməkdaşlıq, terrorçuluğa qarşı mübarizədə səylərin birləşdirilməsi, sülhməramlı əməliyyatlarda iştirak baxımından mövqeyinə olduqca müsbət yanaşır, bununla belə siyasi məsələlərdə bəzi problemlər mövcuddur.

Belə ki, ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi oynadığı passiv roldan Azərbaycan məmnun deyil və bunu açıq şəkildə bəyan etməkdən belə çəkinmir.

İndi Amerika Birləşmiş Ştatları “erməni soyqırımı”nı qəbul edərsə, bu, Bakının da sərt reaksiyasına gətirib çıxaracaq və Vaşinqtonun postmüharibə dövründəki reallıqda Cənubi Qafqaza tutqun olan təsir göstərmə bacarığı bir az da zəifləyəcək.

Ermənistan dilemma qarşısında

ABŞ-ın “erməni genosidi” ilə siyasi təsir vasitələrini möhkəmləndirmək strategiyası dərindən analiz etdikdə heç Ermənistana da sərf etmir.

Çünki müharibədən sonrakı reallıqda Ermənistan konstruktiv mövqe sərgiləyərsə, Türkiyə sərhədlərini onun üzünə aça bilər. Lakin “erməni soyqırımı”nın ABŞ tərəfindən tanınması ilə Ermənistan bundan məhrum edilə bilər və ölkə blokadada qalmaqda davam edər. Bu da böhran vəziyyətində olan Ermənistan iqtisadiyyatının bərpası perspektivlərinə zərər verər.

Cənab Bayden “soyqırımı” tələsinə düşərsə, ABŞ-ın Ermənistan üzərində siyasi üstünlük qazanmayacağı da gözləniləndir. Belə ki, Ermənistan əqrəbləri Moskva vaxtı ilə tutuşdurur və Rusiyanın nəzarətindən kənara çıxa bilmir.

Hələ Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbi hədəflər coğrafiyasını genişləndirməsi də gündəmdədir. Belə ki, 102-ci bazanın Sünikdə hərbi hissə yaratması nəzərdən keçirilir.

Əgər Co Bayden düşünürsə ki, gələcəkdə prezident seçkilərində erməni diasporunun dəstəyini alacaq, bu da gerçəkliyi əks etdirmir. Çünki onun yaşa görə növbəti dəfə prezident seçilməsi ehtimalı yoxdur.

Bəs Türkiyə?

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan “erməni soyqırımı”nın tanınmasından qorxuya düşə biləcək bir siyasətçi deyil. Ümumiyyətlə, bir çox məsələdə təzyiqlərə, təhdidlərə baxmayaraq Ərdoğan geri çəkilmək kimi bir addım atmaqdan imtina edir. ABŞ “soyqırımı”nı tanısa belə, Ankraya qarşı artan təzyiqlər fonunda bu kartdan istifadə edə bilməyəcək.

Bütün bunlardan nəticə kimi iki versiyanı önə çıxara bilərik: Ya Bayden “soyqırımı”nı tanıyacaq və ölkəsini yeni risklərlə üz-üzə qoyacaq.

Ya da qəbul edilməyəcək ki, bu versiya daha məntiqli görünür.
Dün, 18:13
ABŞ-ın ötən gecə İran gəmisini atəşə tutması nəticəsində 1 dənizçi ölüb, daha 10-u yaralanıb
Dün, 17:03
Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub
Dün, 16:10
Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib
Dün, 15:13
Etibar Məmmədovun villası qarət olundu
Dün, 14:46
Azərbaycandan Rusiyaya etiraz: Bu, ciddi təxribatdır!
Dün, 13:08
Sabah 27 dərəcə isti gözlənilir
Dün, 10:03
Azərbaycan nefti 3 %-dən çox ucuzlaşıb
Dün, 09:12
Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır
Dün, 08:39
Bakının bəzi yollarında tıxac müşahidə olunur
7-05-2026, 18:48
Meteor yağışı olacaq - Bu tarixdə
7-05-2026, 17:58
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib
7-05-2026, 16:57
Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib
7-05-2026, 16:38
Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
7-05-2026, 15:56
Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub
7-05-2026, 15:04
Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib
7-05-2026, 14:31
Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil
7-05-2026, 13:39
Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb
7-05-2026, 12:57
Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib
7-05-2026, 12:11
Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək
7-05-2026, 11:31
Balakən kanat yolunun inşasına başlanılıb
7-05-2026, 10:56
Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb
7-05-2026, 10:27
Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq
7-05-2026, 09:28
UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir
7-05-2026, 08:47
Politico: Trampın sərt ritorikası İranla bağlı razılaşmanı çətinləşdirə bilər
6-05-2026, 17:40
Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib
6-05-2026, 16:55
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib
6-05-2026, 15:55
Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib