Bakıda dələduzluq və xadimə işlədiyi evdən oğurluq edən qadın saxlanılıb - Təfərrüat
Gündəm / Hadisə
Oxunub: 782
31 Ock 2019 | 14:38
Bakıda dələduzluq və xadimə işlədiyi evdən oğurluq edən qadın saxlanılıb - Təfərrüat

Bakıda dələduzluq və xadimə işlədiyi evdən oğurluq edən qadın saxlanılıb.

DİN-dən Mia.az-a verilən məlumata görə, Bakı şəhər sakini Natəvan Ağayeva Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, 2018-ci ilin oktyabr ayında F.X.Xoyski küçəsində Rəvana adlı tanışına qohumunu işə düzəltmək adı ilə 500 manat verib. Amma həmin şəxs pulu əldə edəndən sonra vədinə əməl etməyərək onu dələduzluq yolu ilə aldadıb.

Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rəvana Babayeva saxlanılıb. O, izahatında etdiyi cinayəti etiraf edib.

Saxlanılan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun digər cinayətinin də üstü açılıb. Belə ki, araşdırma zamanı R.Babayevanın xadimə kimi işlədiyi Nərimanov rayonu A.Alı küçəsində yerləşən mənzildən 1000 ABŞ dolları və 1 ədəd dəyəri 3000 manat olan xalça oğurladığı da məlum olub. Saxlanılan şəxs oğurladığı xalçanı 1200 manata satıb.

Qeyd edilən faktla bağlı 18-ci Polis Şöbəsində saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Nərimanov RPİ-nin İstintaq şöbəsinə göndərilib.

Oğurluq və dələduzluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci PŞ-nə müraciət edə bilərlər.
Bugün, 17:03
İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH
Bugün, 16:00
Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub
Bugün, 14:52
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib
Bugün, 13:59
Sabah Azərbaycanda 36 dərəcə isti olacaq
Bugün, 12:37
Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib
Bugün, 11:49
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək
Bugün, 10:47
Xarkovda raket zərbəsi nəticəsində ölən azərbaycanlı tələbə Kürdəmirdə dəfn edilib
Dün, 22:35
Lamiyə Əliqızı: Polis Günü – Qanunun keşiyində dayananların peşə bayramı
Dün, 18:57
Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
Dün, 18:28
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
Dün, 17:33
Suriya və Livan arasında razılaşma imzalanıb
Dün, 16:53
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
Dün, 16:11
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək
Dün, 15:24
Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib
Dün, 14:54
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Dün, 13:11
AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
Dün, 12:33
KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var
Dün, 11:41
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib
Dün, 11:00
Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
Dün, 10:29
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib
Dün, 09:46
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
Dün, 09:25
Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb
Dün, 08:59
İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında
1-07-2026, 17:05
Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
1-07-2026, 16:34
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib
1-07-2026, 15:50
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad - ŞƏRH
1-07-2026, 15:18
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək