Dollar bahalaşa bilər?

İqtisadçı ekspert Samir Əliyev S&P qlobal Reytinq Agentliyinin Azərbaycanla bağlı açıqladığı proqnozu şərh edib.
“Qafqazinfo” xəbər verir ki, S. Əliyev deyib ki, agentliyin açıqlamasında ölkənin iqtisadi vəziyyəti ilə bağlı gözləntilər və narahatlıqlar əksini tapıb: “Hazırda cəmiyyətin əsas diqqəti Agentliyin manatın gələcək məzənnəsi ilə bağlı proqnozunadır. Proqnoza görə, bu il manatın dollara nəzərən məzənnəsi 1,79, 2020-ci ildə 1,87, 2021-ci ildə isə 1,97 olacaq. Yəni ucuzlaşma uyğun olaraq 5,3%, 4,5% və 5,4% olacaq. Bir sözlə, Agentliyə inansaq, 2019-2021-ci illərdə manat dollar qarşısında dəyərini 15,9% itirəcək. Bu, proqnoz nə dərəcədə realdır?
Əvvəlcə onu deyək ki, beynəlxalq təşkilatların proqnozları mövcud şəraitə əsasən tərtib edilir və il ərzində bir neçə dəfə yenilənir. Beynəlxalq Valyuta Fondu və digər maliyyə institutlarının timsalında bunu görmək olur. Buna səbəb dünyada baş verən gözlənilməz siyasi, iqtisadi hadisələrdir. Bu baxımdan S&P Qlobal Reytinq Agentliyinin proqnozu da mövcud iqtisadi şərait kontekstində baxılmalıdır və onun dəyişilməsi ehtimalını mümkün saymaq lazımdır.
Bu proqnoz nə dərəcədə realdır? Yenə hər şey neftin qiymətindən asılı olacaq. Agentlik hesab edir ki, 2019-cu ildə neftin qiyməti 2018-ci illə müqayisədə 24% ucuzlaşacaq və proqnozu da neft qiymətinin ucuzlaşmasına əsaslanıb. Əgər neftin qiyməti bahalaşacaqsa və bu hədd 70 dollardan yüksək olacaqsa, manatın məzənnəsində ucuzlaşma ehtimalı çox aşağıdır. Hökumət ucuzlaşmanı ancaq ixracı stimullaşdırmaq məqsədilə edə bilər. Bu isə hələ ki Azərbaycan üçün aktual deyil. Çünki mövcud qeyri-neft ixracımızın zəif olmasının səbəbi milli valyutanın məzənnəsi deyil. Əgər neft 30-40 dollar səviyyəsinə düşəcəksə, bu halda manatın kəskin ucuzlaşması baş verəcək. Mərkəzi Bank 2015-ci ildə olduğu kimi ehtiyatlarını xərcləməyəcək. Ən yaxşı halda bazara qısamüddətli dəstək verəcək. Neftin ucuzlaşması uzunmüddətli olacaqsa növbəti ucuzlaşma qaçılmazdır.
Hər bir halda Agentliyin proqnozuna neftin qiymətinin proqnozlaşdırılan səviyyədə (24%) ucuzlaşması kontekstində baxmaq lazımdır”.
Onun sözlərinə görə, Mərkəzi Bank birmənalı olaraq manatın sabitliyində maraqlıdır: “Bunu maliyyə , o cümlədən bank sektorunun vəziyyəti diqtə edir. Bank sektorunda dollarlaşmanın yüksək olaraq qalması devalvasiyanın onlar üçün öldürü olması ilə nəticələnə bilər. Depozitlərin kreditləri üstələməsi səbəbindən bank sektorunda yaranmış izafi likvidlik məzənnənin sabitliyinin vacibliyini bir daha zəruri edir. Bu baxımdan Mərkəzi Bank fors-major baş verməzsə, ən azı bu il manatın məzənnəsini dəyişməyə cəhd etməyəcək. Növbəti illərdə isə neftin indiki qiymətləri həddində qeyri-neft ixracının artım tempindən və bank sektorunun sağlamlaşma səviyyəsindən asılı olaraq dəyişiklik mümkündür”.
Bugün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Bugün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Bugün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
Dün, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
Dün, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
Dün, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
Dün, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
Dün, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
Dün, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
Dün, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
Dün, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
Dün, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
Dün, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
Dün, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
Dün, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
18-06-2026, 10:17
Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
18-06-2026, 10:05
Lamiyə Əliqızı: 18 İyun – Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü
18-06-2026, 09:14
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir
18-06-2026, 08:49
ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib
17-06-2026, 19:46
Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq olub