Avtobusla “avtoş”luq edən şəxs barəsində cinayət işi açılıb
Gündəm / Hadisə
Oxunub: 291
6 Şub 2021 | 15:54
Avtobusla “avtoş”luq edən şəxs barəsində cinayət işi açılıb
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Sumqayıt şəhəri ərazisində xidmətdə olan polis əməkdaşına zor tətbiq etməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub.

Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, 4 fevral 2021-ci il tarixdə saat 20 radələrində, paytaxtın Qaradağ rayonu, Müşviqabad qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum olunmuş 1977-ci il təvəllüdlü Ceyhun Quluyev olması aydınlaşdırılıb. Onun sərxoş vəziyyətdə idarə etdiyi “Daewo” markalı 10-TG-816 dövlət qeydiyyat nişanlı avtobusla işıqforun qırmızı işığında hərəkətini davam etdirdiyi üçün həmin ərazidə xidmət aparan yol polisi əməkdaşlarının saxla əmrinə tabe olmamasına, xüsusi vasitələr tətbiq edilməklə avtobus dayandırıldıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün ona yaxınlaşan Sumqayıt şəhər Polis İdarəsinin xidmətdə olan əməkdaşı Elnur Rəhimova zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Ceyhun Quluyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bugün, 16:19
London və Tehran razılığa gəldi
Bugün, 15:38
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib
Bugün, 15:04
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb
Bugün, 14:41
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Bugün, 11:59
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Bugün, 11:28
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
Bugün, 10:59
Azərbaycan neftinin qiyməti 74 dollara düşüb
Bugün, 09:54
Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib
Dün, 12:35
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
Dün, 11:23
Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb
Dün, 10:48
ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib
Dün, 09:41
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Dün, 09:16
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Dün, 08:58
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
25-06-2026, 17:45
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
25-06-2026, 17:14
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
25-06-2026, 16:45
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib
25-06-2026, 16:25
“İntellektual gömrük” informasiya sistemi yaradılıb
25-06-2026, 12:52
TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb
25-06-2026, 12:32
Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb
25-06-2026, 11:48
İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB
25-06-2026, 11:09
Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib
25-06-2026, 10:33
600 bal toplayanların ən çoxu I qrupdadır
25-06-2026, 09:51
Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb
25-06-2026, 09:07
Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib
24-06-2026, 17:51
Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb
24-06-2026, 17:17
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib