Nazirlikdən YENİLİK: Əmək qanunvericiliyinə əməl olunmasına...
Gündəm / Sosial
Oxunub: 758
27 Ock 2019 | 15:40
Nazirlikdən YENİLİK: Əmək qanunvericiliyinə əməl olunmasına...

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) ölkəmizdə səfərdə olan missiyası (layihə üzrə menecer Lili Begiaşvilli və ekspertlər Yan Travers, Florentin Blan, Qedryus Kadziauskas, layihə üzrə məsləhətçi Sabit Abdullayev) ilə görüş olub.

Milli.Az xəbər verir ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli nazirlik tərəfindən aparılan islahatların mühüm bir istiqamətinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin təkmilləşdirilməsinə, bu sahədə innovativ yanaşmaların tətbiqinə yönəldiyini deyib. Nazir müavini bildirib ki, bu sahədə diqqətdə dayanan məsələlərdən birinin də risk əsaslı yoxlamalar üzrə institisional potensialın, müasir metodologiya və qaydalara əsaslanan təkmil mexanizmin yaradılmasıdır.

M.Kərimli BMK ilə qeyd olunan istiqamətdə əməkdaşlığın, həmçinin bu əməkdaşlığın davamı kimi, BMK-nın ekspert qrupu ilə nazirliyin aidiyyəti qurumları, o cümlədən nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları arasında keçirilən görüşlərin önəmini diqqətə çatdırıb. O bildirib ki, riskə əsaslanan yoxlamalar sahəsində mütərəqqi dünya təcrübəsinin öyrənilməsi, müvafiq normativ-hüquqi bazanın hazırlanması üçün müzakirələrin aparılması və təkliflərin bildirilməsi baxımından həmin görüşlər faydalı olub.


BMK-nın nümayəndələri ölkəmizin əmək müfəttişliyi sistemində aparılan islahatlardan bəhs edib, bu islahatlar prosesində birgə əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.

Görüşdə risklərin qiymətləndirilməsi prinsipi üzrə yoxlamaların hüquqi çərçivəsinin yaradılması və qabaqcıl beynəlxalq təcrübə əsasında praktik mexanizmlərinin qurulması üçün müvafiq iş planı üzrə aparılan işlər və birgə fəaliyyət müstəvisində qarşıda duran vəzifələr müzakirə olunub.

Milli.Az
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı