Bakıda sinir sistemi xəstəlikləri ilə əlaqədar təcili tibbi yardıma müraciətlərin sayı artıb
Cəmiyyət / Səhiyyə
Oxunub: 882
13 Eyl 2018 | 15:37

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlərin statistikası açıqlanıb.

xeber.info Trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2018-ci ilin 8 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 486 722-dən artıq ümumi müraciət daxil olub. Bu müraciətlərdən 43 220 nəfəri xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 57 670, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 7 833 olub ki, bu rəqəmdə də artım qeydə alınıb. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2 100 nəfərdən çox olub.

Qeyd edilən müddətdə ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 101 098, hospitalizasiya 8 768, miokard infarktı ilə müraciətlərin sayı 689, hospitalizasiya 649, insultla müraciətlərin sayı 2 541, hospitalizasiya 2 220 olub. Keçən ilin 8 ayı ilə müqayisədə insultla bağlı müraciətlərin sayında artım müşahidə olub.

 

Sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak edən həkimlərdən ibarət xüsusiləşmiş briqadalar təşkil olunub. Doğuşla bağlı müraciətlərin sayı 1 907, hospitalizasiya1 887 olub. Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 16 679, hospitalizasiya 11 553 olub. Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir.

Travmalara məişət, nəqliyyat, istehsalat və digər sədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 13 665, hospitalizasiya olanların sayı 8871 nəfər. Statistik rəqəmlərə əsasən 2018-ci ilin 8 ayı ərzində BŞT və TTYS-na nəqliyyat hadisəsi səbəbindən 1 632 müraciət daxil olub. Bu hadisələr nəticəsində 1 417 nəfər hospitalizasiya olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə edilir.

Təcili tibbi yardıma ehtiyacı olan 254 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.

Bugün, 16:29
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
Bugün, 15:58
Bəhreyn XİN İranın hücumları barədə: Təhlükəsizlik raketlər və PUA-larla əldə edilmir
Bugün, 12:56
Bazar gününün havası açıqlanıb
Bugün, 11:56
Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
Bugün, 11:32
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib
Bugün, 10:58
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
Bugün, 08:57
BİZİM TƏQVİM:6 iyunda baş vermiş tarixi hadisələr
Bugün, 08:32
Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb
Dün, 18:13
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Dün, 17:29
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Dün, 16:38
Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Dün, 16:14
Bakıda TDT mərkəzi banklarının Şurasının toplantısı olub, tədbirə ev sahibliyi Türkiyəyə ötürülüb
Dün, 15:48
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM
Dün, 15:18
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib
Dün, 14:35
İlham Əliyev: Azərbaycan ekoloji problemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır
Dün, 12:57
Şənbə günü Bakıda 30 dərəcə isti olacaq
Dün, 12:26
Murat Kurum: Türkiyə COP31-də Bakı hədəfi başda olmaqla öhdəliklərin icrasını prioritet hesab edir
Dün, 11:20
İyunun 15-də Super Təzə Ay hadisəsi olacaq
Dün, 10:41
Pakistan Azərbaycanın iqlim gündəliyinin irəli aparılması səylərini yüksək qiymətləndirib
Dün, 10:16
Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib
Dün, 09:44
Göyçayda 9 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
Dün, 09:23
Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Dün, 08:52
Avropa Minifutbol Federasiyası sosial şəbəkədə Azərbaycan millisi ilə bağlı paylaşımlar edib
4-06-2026, 18:06
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
4-06-2026, 16:40
Polşa Ukrayna və Belarus yaxınlığında hava məkanını bağlayır
4-06-2026, 15:58
Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib
4-06-2026, 13:54
Keşlədə obyekt yanır