Lamiyə Əliqızı: Ölkə rəhbərinin prinsipiallığı qəzanın səbəbkarlarını üzə çıxardı
Cəmiyyət
Oxunub: 129
7 Ock 2025 | 09:21
Lamiyə Əliqızı: Ölkə rəhbərinin prinsipiallığı qəzanın səbəbkarlarını üzə çıxardı

Lamiyə Əliqızı

Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır və onların hüquqlarını həmişə müdafiə edir.
Yanvarın 6-da Prezident İlham Əliyevin AZAL-ın qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçilərlə görüşməsi də bunun növbəti təzahürüdür. Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşündə söylədi ki, “qara qutu”ların Braziliyaya göndərilməsi ondan xəbər verir ki, biz obyektivlik tələb edirik.
Bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz edilib və Azərbaycanın təkidi ilə bu proses Braziliyada həyata keçirilir. Burada əsas səbəb obyektivliyin sual altına düşə bilməsi, maraqların toqquşması ola bilərdi. Bununla da bu günə qədər hələ də açıq olmayan bütün məsələlər də üzə çıxacaq. Hər zaman ədalətli mövqe sərgiləyən Prezident İlham Əliyevin təkidi ilə “qara qutu”ların təhlilinə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada başlanılıb. Əminik ki, yaxın vaxtlarda biz hadisənin ilkin səbəblərini dəqiqliklə öyrənəcəyik. Ən əsası ilə məlumdur ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnib və radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınıb. Lakin təyyarənin hansı səbəblərdən Aktau istiqamətinə göndərilməsi barədə məlumat hələ yoxdur. Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq.
Azərbaycan dövləti həmişə vətəndaşlarının fəaliyyətini, cəsurluğunu və qəhrəmanlığını layiqincə qiymətləndirib. Dövlətimizin başçısının dekabrın 29-da imzaladığı Sərəncamla sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə, İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəman” adı verildi. Sağ qalan iki ekipaj üzvü - Zülfiqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olundu. Bütün bunlar bir daha sübut edir ki, həlak olanların hər biri təkcə onun yaxınları, ailə üzvləri üçün deyil, həm də Azərbaycan dövləti üçün əzizdir. Prezident İlham Əliyev təyyarə qəzasında həlak olanların ailə üzvlərinə, eləcə də ekipaj üzvlərinə bu yüksək mükafatları şəxsən təqdim edəndə də bəyan etdi ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaq.
“Amma əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik”, - Azərbaycan lideri vurğulayıb.
Bugün, 18:46
Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib
Bugün, 17:54
“Zelenski burada oldu, Ciorcia Meloni də səfər edəcək”
Bugün, 17:23
İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Bugün, 17:05
Sahibə Qafarova: MSK yüksək səviyyədə işləyir
Bugün, 16:32
FHN gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Bugün, 15:52
2 ay əvvəl evlənən qazi qəzada öldü - Foto
Bugün, 15:09
Aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri 6 həftədən sonra elan olunacaq
Bugün, 14:34
Milli Məclis Prezident İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi münasibətilə təbrik edib
Bugün, 13:08
Narkoloji xəstələrin fəaliyyətinə məhdudiyyət qoyulan işlərə qəbul qaydaları sərtləşdirilir
Bugün, 12:29
Azərbaycan və İƏT Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib
Bugün, 11:44
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
Bugün, 11:11
Parlamentin plenar iclası başlayıb, MSK-nın yenidən formalaşdırılmasına baxılacaq
Bugün, 10:28
Monqolustandan olan jurnalistlər Azərbaycana səfər barədə: Həyatımızdakı ən yaxşı səyahətlərdən biridir
Bugün, 09:40
Günün qoroskopu: Maliyyədə ortaq qərarlar önəmlidir
Bugün, 09:09
KİV: ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır
Dün, 13:24
Gəncə Dövlət Dram Teatrında Əli Qasımovun fəaliyyəti təqdirəlayiqdir
25-04-2026, 16:05
Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb
25-04-2026, 15:04
Ayxan Hacızadə: Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir
25-04-2026, 14:06
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
25-04-2026, 11:40
İşlədiyi evin ikinci mərtəbəsindən yıxılıb öldü
25-04-2026, 09:30
Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək
24-04-2026, 18:16
Bakıda "enerji həftəsi" keçiriləcək
24-04-2026, 17:48
IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır
24-04-2026, 16:58
Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb
24-04-2026, 16:07
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb
24-04-2026, 15:28
Baş Prokuror İran səfirini qəbul edib
24-04-2026, 15:08
Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb