Lamiyə Əliqızı: Azərbaycan beynəlxalq hüquqa və təhlükəsizliyə sadiqliyini bir daha nümayiş etdirdi
Cəmiyyət
Oxunub: 141
5 Ock 2025 | 16:06
Lamiyə Əliqızı: Azərbaycan beynəlxalq hüquqa və təhlükəsizliyə sadiqliyini bir daha nümayiş etdirdi

Lamiyə Əliqızı

2024-cü il dekabrın 25-də Bakı-Qroznı (Rusiya Federasiyası) istiqamətində hərəkət edən “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması Azərbaycan xalqını dərindən sarsıtdı. Bu hadisə həm aviasiya təhlükəsizliyi, həm də bölgənin geosiyasi konteksti baxımından ciddi nəticələr doğurdu.

Prezident İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına verdiyi müsahibədə faciənin detallarını, rəsmi mövqeyi və gələcək addımları ətraflı şəkildə açıqladı.

Hadisə barədə ilk məlumatı MDB Zirvə görüşünə uçarkən alan dövlətimizin başçısı dərhal Bakıya qayıtmağı qərara aldı və operativ tədbirlərin görülməsi üçün göstəriş verdi. Qəzadan dərhal sonra Dövlət Komissiyası yaradıldı, Azərbaycan mütəxəssisləri və həkimləri Aktau şəhərinə ezam olundu.

İlkin araşdırmalar hadisənin təsadüfi olmadığını və məqsədyönlü şəkildə törədildiyini üzə çıxarmışdır. Cənab İlham Əliyev qəzaya dair açıqlamalarında kritik məqamları vurğulayaraq bildirdi ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni itirmişdir: “Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı...”.

Başlanğıcda irəli sürülən bəzi versiyalar, o cümlədən quşların təyyarəyə zərbə vurması və ya qaz balonunun partlaması Azərbaycan hökuməti tərəfindən əsassız və qeyri-ciddi kimi dəyərləndirilmişdir. Azərbaycan ilk gündən obyektiv və şəffaf istintaqın aparılmasının tərəfdarı olmuşdur. Bununla belə, Rusiya tərəfinin məsələnin ört-basdır edilməsinə yönələn bəzi addımları Azərbaycan tərəfindən narazılıqla qarşılanmışdır.

Azərbaycan rəhbərliyi Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) araşdırmada aparıcı rol oynamaq təklifindən imtina etdi. Bu qərar DAK-ın Rusiya məmurları ilə sıx əlaqələrinə və obyektivliyə olan inamsızlıqla əsaslandırıldı. Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən DAK-ın nümayəndələri ilə yanaşı, təyyarənin istehsalçı şirkəti – “Embraer”in, Braziliyanın müvafiq qurumlarının ekspertlərinin iştirakı ilə beynəlxalq işçi qrup yaradıldı.

Dövlət başçısı müsahibəsində “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatlarının üzə çıxacağını qeyd etmişdir. Həmçinin, Azərbaycan Prezidenti təyyarə ekipajının peşəkarlığını yüksək qiymətləndirmişdir. Təyyarənin idarə olunmaz vəziyyətdə olmasına baxmayaraq, ekipaj qəza enişi etməyə nail olub, nəticədə sərnişinlərin çoxu xilas edilmişdir.

Cənab İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə və Qazaxıstan xalqına göstərdikləri dəstəyə görə təşəkkür etdi. Qazaxıstan xilasedicilərinin və tibbi heyətinin sərnişinlərin xilası zamanı nümayiş etdirdikləri peşəkarlıq və həmrəylik Azərbaycan ictimaiyyəti tərəfindən yüksək dəyərləndirildi. Bu amillər Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi və iki dövlət arasında qarşılıqlı etimadın daha da dərinləşməsi üçün bir nümunə oldu.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə AZAL Rusiyanın yeddi şəhərinə uçuşları dayandırdı. Rusiya aviaşirkətlərinin də bir sıra şəhərlərdən Azərbaycana uçuşlarına qadağa qoyuldu. Dövlətimizin başçısı bu qərarların sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün qəbul edildiyini vurğuladı.

Dekabrın 29-da Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Qazaxıstanda Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərən ekipaj üzvlərinin təltif edilməsi onların cəsarətini yüksək qiymətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu addım həm də Azərbaycan aviasiyasının peşəkarlığını və təhlükəsizlik standartlarına bağlılığını vurğulayır. Eyni zamanda, bu təltiflər cəmiyyətə milli dəyərlərin, Vətənə xidmətin və fədakarlığın əhəmiyyətini nümayiş etdirərək gələcək nəsillər üçün nümunə rolunu oynayır.

Bakı-Qroznı istiqamətində baş verən faciə Azərbaycan aviasiyası tarixində mühüm hadisə olmaqla yanaşı, beynəlxalq münasibətlərdə də ciddi rezonans doğurdu. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hadisəyə obyektiv yanaşma, şəffaf istintaq və beynəlxalq hüquqa əsaslanan ədalətli mövqe nümayiş etdirir.

Bu hadisə, eyni zamanda, Azərbaycanın təhlükəsizliyə və suverenliyə verdiyi yüksək önəmi bir daha nümayiş etdirərək dövlətin öz vətəndaşlarının hüquq və təhlükəsizliyini qorumaq üçün hər cür tədbir görəcəyini bir daha göstərdi.
Bugün, 18:46
Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib
Bugün, 17:54
“Zelenski burada oldu, Ciorcia Meloni də səfər edəcək”
Bugün, 17:23
İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Bugün, 17:05
Sahibə Qafarova: MSK yüksək səviyyədə işləyir
Bugün, 16:32
FHN gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Bugün, 15:52
2 ay əvvəl evlənən qazi qəzada öldü - Foto
Bugün, 15:09
Aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri 6 həftədən sonra elan olunacaq
Bugün, 14:34
Milli Məclis Prezident İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi münasibətilə təbrik edib
Bugün, 13:08
Narkoloji xəstələrin fəaliyyətinə məhdudiyyət qoyulan işlərə qəbul qaydaları sərtləşdirilir
Bugün, 12:29
Azərbaycan və İƏT Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib
Bugün, 11:44
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
Bugün, 11:11
Parlamentin plenar iclası başlayıb, MSK-nın yenidən formalaşdırılmasına baxılacaq
Bugün, 10:28
Monqolustandan olan jurnalistlər Azərbaycana səfər barədə: Həyatımızdakı ən yaxşı səyahətlərdən biridir
Bugün, 09:40
Günün qoroskopu: Maliyyədə ortaq qərarlar önəmlidir
Bugün, 09:09
KİV: ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır
Dün, 13:24
Gəncə Dövlət Dram Teatrında Əli Qasımovun fəaliyyəti təqdirəlayiqdir
25-04-2026, 16:05
Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb
25-04-2026, 15:04
Ayxan Hacızadə: Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir
25-04-2026, 14:06
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
25-04-2026, 11:40
İşlədiyi evin ikinci mərtəbəsindən yıxılıb öldü
25-04-2026, 09:30
Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək
24-04-2026, 18:16
Bakıda "enerji həftəsi" keçiriləcək
24-04-2026, 17:48
IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır
24-04-2026, 16:58
Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb
24-04-2026, 16:07
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb
24-04-2026, 15:28
Baş Prokuror İran səfirini qəbul edib
24-04-2026, 15:08
Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb