Üçrəngli bayrağımız tarixi qələbəmizin, dövlətçilik ənənələrinə sadiqliyimizin rəmzi kimi əzəmətlə dalğalanır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Çünki milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir.
Müstəqil Azərbaycanın dövlət bayrağı ölkəmizin və xalqımızın milli-mənəvi dəyərlərini özündə yüksək səviyyədə əks etdirir. Bayrağımızdakı mavi rəng türklük, yaşıl rəng müsəlmanlıq rəmzidir, qırmızı rəng isə müasirliyin simvoludur. Türkçülük, islamçılıq və müasirlik prinsiplərinin vəhdətini özündə əks etdirən dövlət bayrağımızın rəng simvolikası ötən əsrin əvvəllərində bir sıra Azərbaycan mütəfəkkirlərinin əsərlərində ifadəsini tapan müvafiq ideyalardan qaynaqlanır.
Bayraq dövlətin varlığının, tarixinin və taleyinin göstəricisidir, onun özünütəsdiq simvoludur. Bayraq millətin kimliyinin, təfəkkür və düşüncə tərzinin ən dəqiq mənəvi ölçü meyarıdır. Qürur və güvənc yeri kimi bayraq dünyanın hər yerində ən müqəddəs milli dəyərdir, azadlığın rəmzidir. Bütün dünyaya müstəqil dövlətimizin varlığını bəyan edən Azərbaycan bayrağı bu deyilənlərin hər birini öz rənglərində vüqarla, iftixarla daşıyır. Xalqımızın azadlığını, suverenliyini, istiqlalımız uğrunda apardığımız tarixi mübarizəni, mənəvi dünyagörüşümüzü tərənnüm edən ay-ulduzlu bayrağımız həm də milli kimliyimizin ən böyük tərənnümçüsüdür. Təsadüfi deyil ki, dövlət bayrağı bütün vətəndaşlarımız üçün müqəddəs dövlətçilik rəmzidir.
Azərbaycan xalqının bayraq sevgisi sonsuzdur. Hər bir vətəndaşımız bayrağımıza ehtiram göstərməyi özünə müqəddəs borc sayır. Bayrağımız ölkəmizin hər yerində vüqarla dalğalanır. Üzvü olduğumuz beynəlxalq təşkilatların binalarının qarşısında dalğalanan bayrağımız müstəqil dövlətimizin varlığını dünyaya çatdırır. Bayrağımız mühüm tədbirlər, mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda qaldırılaraq müstəqilliyimizi və milli birliyimizi təcəssüm etdirir. İdmançılarımız beynəlxalq yarışların qalibi olanda bayrağımızı başlarının üzərinə qaldırıb, himnimizi səsləndirirlər.
Ulu Öndər Heydər Əliyev Dövlət bayrağımız haqqında danışarkən qeyd edirdi ki, kim Azərbaycanı sevirsə, Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, işğal olunmuş torpaqlarımızın azad olunmasını, ərazi bütövlüyümüzün təmin olunmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir. Ulu Öndərin bu fikirləri hər bir vətəndaş qarşısında böyük vəzifələr müəyyənləşdirmiş oldu. Azərbaycan xalqı üçrəngli bayaraq altında birləşdi və öz torpaqlarını işğaldan azad etdi. Artıq üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə qürurla, Zəfər coşqusu ilə dalğalanır. Müəzffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev hər zaman qeyd edir ki, bizim bayrağımız qürur mənbəyimizdir. Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Ölkəmizdə 9 noyabr tarixinin Bayraq Günü kimi qeyd olunması da məhz Prezident cənab İlham Əliyevin üçrəngli bayrağımıza verdiyi böyük dəyərin göstəricisidir.
Müdriklərin belə bir deyimi var: “Bəşəriyyət dahilərə, tarixi şəxsiyyətlərə möhtac olduğu qədər də onlara borcludur”. Bu gün xalqımız onu nicat yoluna çıxaran, dövlətçiliyimiz, müstəqilliyimiz yolunda mütərəqqi addımlar atan dahi siyasətçi, görkəmli dövlət xadimi ümummilli liderimiz Heydər Əliyevin Naxçıvandan başladığı tarixi xilaskarlıq missiyasını daim hörmət və ehtiramla xatırlayır. Gənc nəslin Vətənə, xalqa, dövlətə olan məhəbbəti, bayrağımıza olan sevgisi, ehtiramı dövlətimizi daim yaşadacaq, müstəqilliyimizi əbədi edəcək. Qalibiyyət nişanəsi üçrəngli bayrağımız həmişə yüksəklərdə, zirvələrdə dalğalanacaq!
Rəşad Tağızadə,
Salyan şəhər 9 saylı tam orta məktəbin müəllimi,
Vətən müharibəsi iştirakçısı, YAP fəalı
Bugün, 16:10
Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib
Bugün, 15:13
Etibar Məmmədovun villası qarət olundu
Bugün, 14:46
Azərbaycandan Rusiyaya etiraz: Bu, ciddi təxribatdır!
Bugün, 13:08
Sabah 27 dərəcə isti gözlənilir
Bugün, 10:03
Azərbaycan nefti 3 %-dən çox ucuzlaşıb
Bugün, 09:12
Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır
Bugün, 08:39
Bakının bəzi yollarında tıxac müşahidə olunur
Dün, 18:48
Meteor yağışı olacaq - Bu tarixdə
Dün, 17:58
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib
Dün, 16:57
Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib
Dün, 16:38
Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Dün, 15:56
Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub
Dün, 15:04
Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib
Dün, 14:31
Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil
Dün, 13:39
Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb
Dün, 12:57
Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib
Dün, 12:11
Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək
Dün, 11:31
Balakən kanat yolunun inşasına başlanılıb
Dün, 10:56
Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb
Dün, 10:27
Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq
Dün, 09:28
UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir
Dün, 08:47
Politico: Trampın sərt ritorikası İranla bağlı razılaşmanı çətinləşdirə bilər
6-05-2026, 17:40
Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib
6-05-2026, 16:55
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib
6-05-2026, 15:55
Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib
6-05-2026, 15:22
AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib
6-05-2026, 14:52
Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu
