Aqibət Məmmədov: Xalqın Yeni Azərbaycan Partiyasına inamı sonsuzdur
Aqibət Məmmədov
"Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri
Hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Bu baxımdan böyük inam və fəxr hissi ilə qeyd edirik ki, Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin həyatında dönüş nöqtəsi olaraq yeni mərhələyə yol açdı. Təsis konfransını 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası bu gün milyonların partiyasına çevrilərək, 800 minə yaxın üzvü sıralarında birləşdirir. Bu, hər zaman qeyd edildiyi kimi, sadəcə bir statistika deyil. Xalqın ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətinin və onun layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın ifadəsidir. Xalqın bu partiyaya inamı sonsuzdur. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq böyük şərəfdir. Ümummilli Liderin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. Yarandığı gündən Azərbaycanın bu günü və gələcəyi üçün çalışan Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən seçkilərdə böyük uğur qazanmasında bu amilin rolu böyükdür. Dünənin, bu günün və gələcəyin partiyası kimi mövqeyini möhkəmləndirən YAP daim irəli sürdüyü qərarları, təşəbbüsləri ilə diqqətdə olub. 30 ildə partiyanın keçirilən seçki proseslərinə qatıldığı şüarlara diqqətə yetirsək görərik ki, hər dövrün tələblərini özündə əks etdirir, yeni vəzifələri qarşıya qoyur. Azərbaycanın müstəqilliyinin yenidən bərpası illərinə bələdçilik edən Yeni Azərbaycan Partiyasının tarixi mühüm hadisələrlə, uğurlarla zəngindir.
Ötən il Yeni Azərbaycan Partiyasının VII qurultayında dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev proqram xarakterli nitqində müstəqillik tariximizi təhlil edərək ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Azərbaycana qazandırdığı uğurları əsaslı şəkildə diqqətə çatdırdı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Məhz 1993-2003-cü illərdə yaradılan möhkəm bünövrə üzərində Azərbaycan son 19 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək, hər gün bir addım Qarabağın azadlığına yaxınlaşdı. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bu illərdə Qələbəyə hazırlığın təqdimatı oldu. Tarixi Zəfərimizin reallıqları əsasında YAP-ın yeni Proqramı təsdiqləndi. Partiyanın 800 minə yaxın üzvü “Biz birlikdə güclüyük!” söyləyərək yeni Proqramın hədəflərinin reallığa çevrilməsinə öz töhfələrini verməyə səy göstərirlər. 30 il gələcək üçün möhkəm təməldir.
Dün, 18:16
Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm
Dün, 17:33
Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib
Dün, 16:56
WUF13-ə onlayn qeydiyyat uzadıldı
Dün, 16:11
Şəhərlər bizi nəzərə almadan qurulur – BMT rəsmisindən mesaj
Dün, 15:25
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
Dün, 14:53
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Dün, 14:08
"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər
Dün, 12:52
Avtobusdan istifadə edən sərnişinlərin sayı artıb
Dün, 11:53
CAR naziri Bakıda danışdı: Sakinlər təhlükəsiz ərazilərə köçürülür
Dün, 11:08
Məcburi köçkünlərlə bağlı mühüm qərar - parlament komitələri toplaşır
Dün, 10:36
"Energetika Memarlığı" filmi təqdim olunub
Dün, 10:01
Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb
Dün, 09:32
Esvatini Kralı Bakı Ali Neft Məktəbində olub
Dün, 09:06
Azərbaycan nefti ucuzlaşıb
19-05-2026, 18:30
Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda "Rus Evi" də var
19-05-2026, 17:51
102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb
19-05-2026, 17:31
Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
19-05-2026, 17:15
İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək
19-05-2026, 16:06
Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib
19-05-2026, 15:39
Modupe Uilyams: Fritaun kanat yolunu şəhərin nəqliyyat problemlərinin həlli kimi nəzərdən keçirir
19-05-2026, 14:55
Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb
19-05-2026, 14:25
Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir
19-05-2026, 13:35
UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub
19-05-2026, 12:35
WUF13-də "Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri" təşəbbüsü təqdim olunub
19-05-2026, 11:47
Oğul anasını traktorla vurub öldürdü
19-05-2026, 11:08
Bakıdan qlobal çağırış: mənzil böhranı dərinləşir
19-05-2026, 10:21
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur